Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ŞAİR YADDAN ÇIXANDA

Təbriz İman Darvazlı

 Küsər bağlar, gül açmaz,

Şair yaddan çıxanda.

Günəş də şəfəq saçmaz,

Şair yaddan çıxanda.

 

Budaqlar bar saxlamaz,

Yaralar qaysaqlamaz.

Dağlar da qar saxlamaz,

Şair yaddan çıxanda.

 

Dönər ruhun pərəni,

Qəmdi yuyub sərəni.

Sınar damın kərəni,

Şair yaddan çıxanda.

 

Ah sevincə şah olar,

Ümid quru ah olar.

Savab da günah olar,

Şair yaddan çıxanda.

 

Xəyallar baş aparar,

Gözləri yaş aparar.

Düz qoyar, çaş aparar,

Şair yaddan çıxanda.

 

Tarix susar, il ağlar,

Bəm sızıldar, zil ağlar,

Ağlar, ana dil ağlar,

Şair yaddan çıxanda.

 

05.02.2011

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina