Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ƏLƏM DAMAĞIMDA DİŞ GƏTİRMƏMİŞ

Təbriz İman Darvazlı

Ey könül, cismimi doğrama hələ,

Zaman əllərində şiş gətirməmiş!

Mənim bəxt ulduzum gülərmi, gülə?

Taleyin nərdində şeş gətirməmiş.

 

Dünya kimlərindi, kimə qalası,

Köçüb ağuşundan neçə balası.

Ruhum kövrələrmi, zalım balası,

Qəlbin aynasına yaş gətirməmiş!

 

Qızılgül tez solur, dərin, iyləyin,

Yaxşının dalınca yaxşı söyləyin.

Ey sözü sevənlər, əlac eyləyin,

Ələm damağımda diş gətirməmiş.

 

Təbriz türk oğludur, türkdəndir geni,

Mən ki bu gövdədə yeniyəm, yeni.

Alın pəncəsindən, qoruyun məni,

Ruzigar başıma iş gətirməmiş.

 

15.02.2011

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina