Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TÜRKƏ SALAMLAR OLSUN

 Təbriz İman Darvazlı

Xalqım, sabahın xeyir,

Vətən, sabahın xeyir.

Açılan səhər deyir –

Türkə salamlar olsun.

 

Hər yandan – soldan, sağdan,

Çəməndən, çöldən, bağdan,

Ləngərli neçə dağdan

Türkə salamlar olsun.

 

Ey duman, öp lalamı,

Ovundurur balamı,

Müqəddəs Haqq salamı –

Türkə salamlar olsun.

 

Qürurlu millətimin

Vurur coşqun həvəslə,

Ürəyi Tanrı deyir,

Hayqırır uca səslə,

Diləyi Tanrı deyir.

 

Güc alır torpağından,

Biləyi Tanrı deyir.

Of desə, dünya solar,

Göylər küsər ahından,

Tanrının dərgahından,

Türkə salamlar olsun.

 

Dünyanı düzüb qoşan,

Dünyanın ustadından,

Misilsiz gövhərindən,

Ləzzətindən, dadından,

Qarapapaqlar yurdu,

Azərbaycan adından,

Türkə salamlar olsun.

 

Tarixlərə həkk olan,

Hər cığırdan, hər izdən.

Təbiətə göz olan,

Hər çeşmədən, dənizdən,

Şeirimə can verən

İlhamlı ulu sözdən

Türkə salamlar olsun.

 

Ahım necə şirindi,

Baldan, nabatdan, qənddən.

Turan deyə hayqıran

Ulusdan, eldən, kənddən.

Əli uzalı qalan

Göyçəmdən, Təbrizimdən,

Borçalımdan, Dərbənddən

Türkə salamlar olsun.

 

Ruhumu təbrik edən

Baharımdan, yazımdan,

Ruhuma layla çalan

Kamanımdan, sazımdan,

Təbrizi yetişdirən

Qocaman Darvazımdan

Türkə salamlar olsun,

Türkə salamlar olsun.

 

07.03.2011

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina