Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

 Təbriz İman Darvazlı

İlahi, ruhumu saxlama darda,

Yetir, şən günümü o çağa çatdır.

Köküm hardadırsa, toxumum orda,

Döndər qanadımı, o bağa çatdır.

 

Meyvələr sapından budağa bağlı,

Bu dağların qəlbi o dağa bağlı.

Ocaq övladıyıq, ocağa bağlı,

Əslimi, nəslimi ocağa çatdır.

 

Vətəndir, millətdir namusum-arım,

Səfalı bir yurdda yetişir barım.

Ayrılıq odundan əriyir qarım,

Əs, ey qara yellər, sazağa çatdır.

 

Şairlər Tanrıya ciyərparadır,

Şairlər soyundan şair yaradır.

Nə var Salahlıya, budu-buradır,

Demirəm sözümü uzağa çatdır.

 

Təbriz eşq yolunda heç olarmı xam,

Ruhum pərvanədir, yurdum-yuvam şam.

Ölsəm, məzarda da rahat uyumam,

Canımı, gözümü Qazağa çatdır.

 

18.03.2011

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina