Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Təbriz İman Darvazlı

 Yenə bahar gəldi, gəlirsən cana,

Mənim yaşılbaşlı sonam, təbiət.

Girirsən yamyaşıl təzəcə dona,

Göyərir daşlarda xınam, təbiət.

 

Bulaqların üçün ölənin mənəm,

Çəmənində deyib-gülənin mənəm.

Sənin öz dilin var, bilənin mənəm,

Sənsiz mən heç kiməm, anam təbiət.

 

Buludtək qaralıb gecə yağıram,

Ruhumu vərəqlər üstə sağıram.

Qəriblikdə boynubükük fağıram,

Sənin qucağında xanam, təbiət.

 

Güllərin üstündə dilənir arı,

Qayıdır axşamlar şanına sarı.

Qayıtmam, neynirəm dövləti, varı,

Doğma ev-eşiyim, binam təbiət.

 

Çəmən-çöl Təbrizi düz yola çəkir,

Dumanlı başımdan dağılır fikir.

Odumun üstünə göz yaşı tökür,

Qoymayır alışıb yanam təbiət.

 

24.03.2011

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina