Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MƏHƏMMƏD ÜMMƏTİNƏ NURLU SƏHƏR VER, ALLAH

Təbriz İman Darvazlı

İlhamım itkin düşüb ürəyimdən bu gecə,

Şəm-çırağım asılmır dirəyimdən bu gecə.

Yüküm beşqat asıldı kürəyimdən bu gecə,

Bu yükü daşımağa güc ver, təpər ver, Allah.

 

Şərqə xaç yürüşləri baş alıb gedir, ey Türk,

Türk elləri hər yandan boşalıb gedir, ey Türk.

Soğuldur gözlərimi, yaş alıb gedir, ey Türk,

Bizləri qorumağa sədd ver, çəpər ver, Allah.

 

Terroru yaratdılar çapıb-talamaq üçün,

Müsəlmanlar yurdunu oda qalamaq üçün,

Petrollar yatağını sırfyağmalamaq üçün,

İngilisə, firəngə qəm ver, qəhər ver, Allah.

 

Min bir bəhanələrlə İraq qana bulandı,

Liviya bombalanır, Əfqanıstan talandı,

Amerika deyilən necə murdar ilandı,

Murdarı tapdamağa köhlən, kəhər ver, Allah.

 

Biçinçilər kimdi kim bu amansız biçində,

Köçürən kim, köçən kim qaribanlar köçündə.

Batır bu şeytanları okeanlar içində,

Kafirlərin suyuna zəy tök, zəhər tök, Allah.

 

Təbriz, düşündür xalqı şeirinlə dərindən,

Tək cihadla qurtulluq şeytanların şərindən.

Çəkil qara buludlar, başımız üzərindən,

Məhəmməd ümmətinə nurlu səhər ver, Allah.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina