Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

NECƏ QOYUB GEDİM SƏNİ

 Təbriz İman Darvazlı

Anam Darvaz, sonam Darvaz,

Necə qoyub gedim səni.

Ağuşunda xanam, Darvaz,

Necə qoyub gedim səni.

 

Dosta, yada ver fikir sən,

Yollarıma zər səpirsən.

Hər nazımı sən çəkirsən,

Necə qoyub gedim səni.

 

Vücudumda saf qanımsan,

Ürəyimsən, həm canımsan.

Namusumsan, vicdanımsan,

Necə qoyub gedim səni.

 

Getsəm, bağça-bağ ağlayar,

Getsəm, qarlı dağ ağlayar.

Ruhu, qəlbi sağ ağlayar,

Necə qoyub gedim səni.

 

Qəmlə dolar can otağım,

Ağı deyər dil-dodağım.

Qurumazmı əl-ayağım,

Necə qoyub gedim səni.

 

Ən dürüstüm, ən həqiqim,

Xəstən mənəm, ey təbibim.

Ay etibarlı rəfiqim,

Necə qoyub gedim səni.

 

29.06.2011

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina