Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

NİYƏ İNSANLARDAN QAÇIRAM, ALLAH

 Təbriz İman Darvazlı

Bilmirəm xeyirmi, yoxsa şərdimi,

Gecələr yuxumda uçuram, Allah.

Həsrətlə boylanıb göyə-günəşə,

Altun şəfəqləri qucuram, Allah.

 

Bəşərin halını dəyişir pul, taxt,

Cahana hakimdir şər zaman, şər vaxt.

İçimi imanla doldurub hər vaxt,

Ətrafa qəm-kədər saçıram, Allah.

 

Nədən müsəlmanlar qanlı don geyir,

Vuruşdan, savaşdan yad görür xeyir.

Ruhum cəsədimi gəmirib yeyir,

Vətən yanğısıyla acıram, Allah.

 

Əridim hicrandan, düşdüm nər kimi,

Öldür öldürəndə mömünlər kimi.

Xəyallar qoynunda qəriblər kimi,

Elə, eldən elə köçürəm, Allah.

 

Təbrizi sevməyən huşsuz əfəl ki,

Duyana təbiət gövhər ki, ləl ki,

Özüm də insanam, özüm də, gəl ki,

Niyə insanlardan qaçıram, Allah.

 

26.08.2011

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina