Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Yaşar QAFQAZLI

Dönüb, qayıdıram ziyarətindən,

Kaş bir də həmdəmim ola Borçalı!
Şirin söhbətindən doya bilmədim,
Qonaq eyləmişdi bala, Borçalı.

 

Bulaqlar qoynunda zümzüməsidi,
Vüqar zirvəsində qartal səsidi.
Hər qaya bir tarix kitabəsidi,
Gərək verdiyini ala Borçalı...

 

Neçə qəhrəmanlar olub fədası...
Yenə yerindədi nazı-ədası.
Qalıb divarında nə'rə sədası,
Qeyrətdən tikilmiş qala Borçalı.

 

Uzadır ömrünü, ömür eyləyir,
Alovdan çıxarır, kömür eyləyir.
Cana dözüm verir, dəmir eyləyir,
Tükənməz güc verir cana Borçalı.

 

Dünyanın rəngləri tökülüb üstə...
Boynu Bənövşənin bükülüb üstə.
Cənnətin şəkili çəkilib üstə,
Baxanda, hər yanı Lala Borçalı.

 

Mehmanı olasan, yetməz söz ilə,
Sevən ürək ilə, görən göz ilə!...
Dərin hörmət ilə, gülər üz ilə,
Saldı QAFQAZLInı yola Borçalı.

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina