Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

 Təbriz İman Darvazlı

Bu gün Xocalı günüm, bu gün ağır günümdü,

Bu gün ruhum küsən gün, bu gün fağır günümdü.

Yalnız qələbə günü mənim uğur günümdü,

İmdad eylə, İlahi, dolub qəlbim, xəyalım, 

Dolub da qan ağlayır əsirlikdə Xocalım. 

 

Səbri də qalmayıbdır bu ilahi səbrimin, 

Təbimə nəşə verir hər cəfası cəbrimin. 

Torpağı vətən olsun qürbətdə də qəbrimin, 

Başdan-başa vətəndir hissim, fikrim, amalım, 

Dünya, belin qırılsın, nə kökdədir Xocalım. 

 

Bir neçə aylıq olan körpəmizə qıydılar, 

Ağbirçək anaların gözlərini oydular, 

Ağsaqqal dədələrin dərisini soydular. 

Getməz könül evindən, getməz qubarım, xalım, 

Bəxti qara yazılan Qarabağım, Xocalım. 

 

Ən böyük arzumdu bu, Şuşada bardaş qurum, 

Qanad açıb şahin tək səmalara baş vurum. 

Erməni iblislərə hey amansız daş vurum, 

Özüm öz əllərimnən düşmənimnən öc alım, 

Bəlkə onda sevinə ağlar qalan Xocalım. 

 

Türkəm deyən hər bir kəs gərək səfərbər ola, 

Ruh saflaşa, durula, ürək səfərbər ola, 

Nicat tapa arzular, dilək səfərbər ola, 

Bəşərə türkəm deyib haray salım, hay salım,

İnşallah, gülər üzün mənim əziz Xocalım. 

 

Milli xəcalət günü bizə yaraşmır, Allah, 

Məğlubiyyət sözüylə ruhum barışmır, Allah. 

Ovunmaq istəyirəm, başım qarışmır, Allah, 

Rəvadır ki, ölüm mən –  rəva deyil qocalım, 

Əsirlikdə ah çəkir, inildəyir Xocalım. 

 

Qüdrətli qələbənin hər yolunda çətin var, 

Ordumuzda minlərcə iradəli, mətin var. 

Hər an səni düşünən qüdrətli dövlətin var, 

Vətən torpaqlarında bayraq olum ucalım, 

Yolumuzu gözləyir yolsuz qalan Xocalım. 

 

Dualarım çin ola, gözüm həsrət ölməyə, 

Qan ağlayan şeirim, sözüm həsrət ölməyə.

Təbrizəm, Təbriz üçün özüm həsrət ölməyəm, 

Görən zəfər gününə olacaqmı macalım, 

Qələbə yaxındadır Xocalım, ay Xocalım. 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina