Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

DÖVRÜMÜZ


VİLAYƏT OVÇUYEV

 

Yadına gəlirmi, Firdovsi qardaş,
O qayğısız keçən uşaq dövrümüz,
Çölləri, dağları dolanaraq hey,
O evdən- eşikdən qaçaq dövrümüz.

Gah futbol oynayar, gah güləşərdik,
Çamurdan ev tikib, yol da çəkərdik,
Soyuqda donardıq, gündə bişərdik,
Qorxusuz- hürküsüz qoçaq dövrümüz.

Səhər evdən çıxıb pendir- çörəklə,
Oynardıq çöllərdə güllə-çiçəklə,
Gah qoyun- quzuyla, gah kəpənəklə,
Əlləşib süs düşən oynaq dövrümüz.

Dərs idi fikrimiz, məhəbbətimiz,
Müəllim qorxusu, həm hörmətimiz,
Artardı gücümüz, cəsarətimiz,
İmtahan dövrümüz, sinaq dövrümüz.

Binədə çay üstə hər aylı gecə,
Eşqə düşübsənmiş bizdən gizlicə,
Meşədə ayını almayıb vecə,
Zoğala, moruğa qonaq dövrümüz.

Yaşadıq, işlədik hər vaxt səmimi,
Biz öz talemizin olduq hakimi,
Xalqa xidmət edib bir oğul kimi,
Gələcək günlərə dayaq dövrümüz.

Nə gözəl yazmısan xatirələri,
Nəziksu Darvazın bir tarix yeri,
Qürbət ölkələrə düşəndən bəri,
Doğma Borçalıdan uzaq dövrümüz.

Kəndə ana deyib qəlb qucaqlaşar,
Qayalar danışar, yollar danışar,
Duyğular urəkdə hey aşıb daşar,
Deməyək, keçibdir nahaq dövrümüz.

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina