Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Elimizə, bütün Borçalıya və Azərbaycan elminə ağır itki üz verib.

Elimizə, bütün Borçalıya və Azərbaycan elminə ağır itki üz verib. Keçmiş SSRİ məkanında ən məşhur həkimlərdən biri kimi tanınan tibb elmləri doktoru, professor, Ukraynanın Əməkdar elm xadimi, Ukrayna Elmlər Akademiyasının akademiki Fərman İbrahim oğlu Gülməmmədov Ukraynanın Donetsk şəhərində vəfat edib.


Ötən əsrin 90-cı illərində bir müddət Bakıda da fəaliyyət göstərən F.Gülməmmədov əsasən Donetsk şəhərində yaşayıb fəaliyyət göstərib, uzun müddət buradakı Tibb Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Ukraynadakı Azərbaycan diasporunun fəallarından biri kimi bu ölkədə yaşayan soydaşlarımıza hər zaman arxa-dayaq olub.
Fərman İbrahim oğlunun dünyasını dəyişməsi ilə Darvazdakı Gülməmməd öyü nəsli özünün bir ağsaqqalını və qürur yerini, Darvaz ləyaqətli eloğlsunu, Borçalı isə Vətəndən uzaqlarda layiqli təmsilçisini itirdi. Fərman İbrahim oğlu kimi kişilərin itkisi el-oba üçün, millət və xalq üçün, Vətən üçün yerinin doldurulması çox çətin olan bir itkidir. Zəlimxan Yaqub demiş:

El yadda saxlamaz evdən gedəni,
İnsan əzizlənər eldən gedəndə.

Bu günə qədər özü və sözü bizim üçün əziz olan, xeyirxah əməlləri ilə minlərlə insanın könlündə özünə ölməzlik heykəli ucaldan əziz insan, sən bundan sonra da bizimləsən, bizimsən! Sənin əziz xatirən səni sevənlərin qəlbində daim yaşayacaq! Allah rəhmət rəhmət eləsin! Ruhun şad olsun!

Musa Nəbioğlu

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina