Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ALLAH RƏHMƏT ELƏSİN!

ABBASOV ZİYA ALMAZ OĞLU rəhmətə gedib.

 Mərhum sabah - 2022-ci il dekabrın 15-də son mənzilə yola salınacaq.

Böyük ehsan məcilisi isə dekabrın 16-da HEYDƏR məscidində olacaq.

 


 

Bu səhəri bir acı xəbərlə açdıq – təkcə Darvazın və darvazlıların yox, bütün Borçalının sevimlisi olan, Azərbaycanda kifayət qədər tanınan və Rusiyada xalqımızı ləyaqətlə təmsil edən, sözün əsl mənasında böyük ürəkli xeyriyyəçi olan ZİYA ALMAZ OĞLU ABBASOVUN müalicə aldığı Almaniyada dünyasını dəyişməsi xəbəri hamımızı sarsıtdı. Bu itki sadəcə bir evin, bir elin itkisi yox, Borçalı mahalının, Gürcüstanda yaşayan bütün soydaşlarımızın və eyni zamanda xalqımızın itkisidir. Özünün dərin savadı, bacarığı və işgüzarlığı ilə qısa müddətdə Rusiyada ən yüksək dairələrdə tanınan, uğurlu iş adamı kimi qəbul edilən Ziya Abbasov gənc yaşlarından el ağsaqqalı mərtəbəsinə ucalmışdı. Elin-obanın arxası-dayağı, minlərlə insanın ümidi yeri idi. Xeyirxah əməlləri, təvazökarlığı və təmənnasızlığı ilə sağlığında minlərlə insanın qəlbində özünə heykəl qoydu, ellərin yaddaşında minillərlə yaşayacaq bir dastan yazdı – ZİYA dastanı. İllər keçəcək, nəsillər dəyişəcək, amma bu böyük insan heç zaman unudulmayacaq, yaddan çıxmayacaq. Zaman-zaman haqqında danışılacaq, onunla bağlı cild-cild kitablar yazılacaq.


İtkimiz böyükdür, yerini kimsənin doldura bilməyəcəyi bir bir insanı itirmişik. Məkanı cənnət olsun!
Başın sağ olsun, Darvaz kəndi, başınız sağ olsun, əziz darvazlılar. Başın sağ olsun, Ulu Borçalı!


Qeyd: Mərhum Bakıda dəfn olunacaq. Dəfnin vaxtı və məkanı barədə əlavə məlumat veriləcək.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina