Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MURTUZ MƏMMƏDOV

Murtuz Novruz oğlu Məmmədov 1943-cü ildə Bolnisi rayonunun Darvaz kəndində ziyalı ailəsində anadan olmuşdur.

O, 1960-cı ildə Darvaz orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki BSU) daxil olmuş, 1965-ci ildə ali təhsilini başa vurmuşdur.

 M.Məmmədov əmək fəaliyyətinə Bakıdakı 190 saylı orta məktəbdə müəllim kimi başlamış, sonralar indiki Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında metodist, şöbə müdiri olmuş, Xarici Dillər İnstitutunda dekan müavini vəzifəsində çalışmışdır.

1968-ci ildən onun həyat və fəaliyyəti Gəncə şəhəri ilə bağlı olmuşdur. O, müsabiqə yolu ilə Gəncə Pedaqoji İnstitutunun xarici dillər kafedrasına müəllim götürülmüş, sonra müstəqil fəaliyyət göstərən rus-dili kafedrasının baş müəllimi, dosenti olmuşdur.

O, 1970-ci ildə “M.Qorki və Azərbaycan dramaturgiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, respublikanın dövri mətbuatında elmi-publisistik, ədəbi-bədii yaradıcılıq nümunələri ilə müntəzəm çıxış etmişdir. 330-dan çox elmi-publisistik məqalənin, Azərbaycanda ilk dəfə nəşr olunmuş “İşgüzar rəsmi sənədlərin hazırlanması nümunələri” kitabının müəllifidir.

M.Məmmədov respublikanın tanınmış jurnalistlərindən biri idi. Uzun illər “Azərbaycan gəncləri” qəzetinin redaksiyası ilə əməkdaşlıq etmiş, həmin qəzetin Gəncə bölgəsi üzrə xüsusi müxbiri olmuşdur.

Ömrünün sonunadək N.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun “Rus və xarici dillər” kafedrasında dosent kimi fəaliyyət göstərən Murtuz Məmmədov “1900-1912-ci illərdə dövri mətbuatda ədəbi tənqid məsələləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəyə hazır olduğu bir vaxtda – 1988-ci ildə vəfat etmişdir.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina