Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

İBRAHİM GÜLƏHMƏDZADƏ

İbrahim İsmayıl oğlu Güləhmədzadə 1942-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1949-cu ildə Darvaz orta məktəbinə getmiş, 1959-cu ildə həmin məktəbi bitirmişdir. 1959-cu ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuş, 1964-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki ETİİ-də kiçik elmi işçi, 1966-cı ildən isə böyük iqtisadçı vəzifəsində çalışmışdır.

 

1967-1970-ci illərdə Azərbaycan XTİ-nin əyani aspiranturasında oxumuş, 1971-ci ildə isə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. 1970-ci ildə sənaye iqtisadiyyatı kafedrasında müəllim və 1971-ci ildən 1978-ci ilə qədər baş müəllim işləmişdir. 1978-ci ildən 1988-ci ilə kimi həmin kafedrada dosent vəzifəsində çalışmışdır. 1988-ci ildən N.A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının sənaye iqtisadiyyatı kafedrasına dosent seçilmişdir.

1988-ci ilin ikinci yarsından 1998-ci ilə qədər plan-iqtisad fakültəsinin dekan müavini vəzifəsini icra etmişdir. İbrahim Güləhmədzadənin 50-ə yaxın elmi əsəri çap olunmuşdur. O, dəfələrlə respublikada keçirilən elmi müşavirə və konfranslarda yaxından iştirak edib, elmi məqalələr çap etdirmişdir.

İbrahim Güləhmədzadə 1998-ci ildə Bakıda vəfat etmişdir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina