Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MƏDƏD ÇOBANOV

Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə Lüksemburq (in­diki Bolnisi) rayonunun Darvaz kən­din­də anadan olub. 1955-ci ildə orta məktəbi və 1960-cı ildə Tiflis Döv­lət Pedaqoji İns­titutunun tarix-fi­lo­logiya fakültəsini bitirib. Bir müd­dət Bol­nisi Rayon Komsomol və Rayon Partiya Komitəsində təli­matçı işləmişdir.

 1970-1993-cü illərdə TDPİ-nun Azərbaycan dili və ədə­biy­­yatı kafedrasında elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1973-cü ildə namizədlik və 1992-ci ildə doktorluq dissertasi­ya­sı müdafiə edib.

1994-1995-ci illərdə “Şimal” Universitetində dillər kafedrasının müdiri, 1995-1996-cı illərdə Azərbaycan Pedaqoji Kadrların İxtisasın Artırılması və Yenidən Hazırlanması Baş İns­titutunda Ali və Orta ixtisas təhsil məktəblərində professor-müəllim heyətinin ixtisasartırma fakültəsinin dekanı vəzifə­sində çalışıb.

M.Çobanov 400-dən çox elmi əsərin, o cümlədən 40-dan çox kitabın, ali məktəblər üçün 20-dən çox proqramın və elmi məqalələrin müəllifidir. O, Azərbaycan dilçiliyində ilk dəfə olaraq “Mətnin linqvistik təhlili” fənninin proqramını və dərs vəsaitini hazırlayıb nəşr etdirmişdir. 50-dən çox beynəlxalq, keçmiş ittifaq və respublika səviyyəli elmi konfranslarda məruzələrlə çıxış edib.

1996-cı ildən Bakı Ali Hərbi Dənizçilik məktəbində “Dillər” kafedrasına başçılıq edib. İndi təqaüddədir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina