Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MUSA NƏBİOĞLU

 Otuz ildən çoxdur ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb.

1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb, 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin də üzvüdür.

Hazırda Azərbaycan Aşıqlar Birliyinin katibi və "Ozan dünyası" jurnalının baş redaktorudur.

2015-ci ilin fevralından eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirlyinin nəzdində yaradılmış qeyri-hökumət təşkilatları ilə mədəniyyət sahəsində əməkdaşlıq üzrə komissiyanın üzvüdür.

Musa Nəbioğlu Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2015-ci il tarixli sərəncamıyla “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Musa Nəbioğlunun yaradıcılığında Borçalı mövzsusu mühüm yer tutur. Bu qədim türk diyarının elm sənət adamları haqqında bir neçə sanballı kitabın müəllifidir.

Ozan-aşıq sənətinin dünəni və bu günü, təkcə Azərbaycanda deyil, eyni zamanda İranda, Türkiyədə, Gürcüstanda və digər ölkələrdə yaşayıb fəaliyyət göstərmiş ustad aşıqlar, onların həyat və yaradıcılığı, aşıq sənətinin bu günkü uğurları və problemləri və s. məsələlərlə bağlı tanınmış folkorşünas alimlərin, saz-söz ustalarının, məşhur şair və yazıçıların, ictimai xadimlərin məqalələrinin yer aldığı “Ozan dünyası” jurnalı qısa müddət ərzində respublikamızın elmi ictimaiyyəti arasında özünə böyük nüfuz qazanıb. Türkiyədə, İranda, İraqda və Gürcüstanda da jurnalın çoxsaylı oxucuları vardır.

M.Nəbioğlunun böyük zəhməti bahasına başa gəlib 2010-cu ildə nəfis tərtibatla Bakıda işıq üzü görən “Ozan-aşıq dünyası” adlı albom-kitab elmi ictimaiyyətdə böyük əks-səda doğurub. 2011-ci ildə isə yenə də Bakıda onun müəllifliyi ilə işıq üzü görən “Sazımız – sazbəndimiz” adlı kitab bütövlükdə sazbəndlərə həsr olunmuş ilk kitab kimi böyük əhəmiyyətə malikdir. Son illərdə ozan-aşıq sənəti ilə bağlı bir sıra uğurlu nəşrlərdə imzası olan Musa Nəbioğlu “Ustad aşıqlarımız” seriyasından “Haqdan gələn saz” (Aşıq Əmrah Gülməmmədov haqqında) “Aşıq Ələsgər” və “Xan Kamandar”, “Haqdan pay olan Göycə” (Aşıq Göycə Məmmədov haqqında) və “Hüseyn Saraçlı” kitablarının tərtibçisi və redaktorudur.

İranda, Türkiyədə, Rusiyada və Gürcüstanda Beynəlxalq folklor festivallarında və aşıq sənəti ilə bağlı konfrans və simpoziumlarda iştirak edib.

300-dən çox publisistik məqalənin müəllifidir, aşıq sənəti ilə bağlı növbəti kitab üzərində işləyir. O, eyni zamanda 100-dən artıq elmi-publisistik kitabın redaktoru, tərtibçisi olub, neçə-neçə kitaba ön söz yazıb.

M.Nəbioğlunun indiyədək aşağıdakı 17 (on yeddi) kitabı işıq üzü görüb:

 

1. “Lətifələr” (2001), Bakı, “Araz” nəşriyyatı 2001, 68 səh. Tiraj 300.

2. “Ulu Borçalı: ömrə ömür calayanlar”. (M.Sarvanla birlikdə) Bakı, Azərbaycan Milli Ensiklopediyası” nəşriyyatı, 2002, 352 səh. Tiraj 400.

3. “Borçalı” (M.Sarvanla birlikdə) Bakı, “Nurlan” nəşriyyatı 2003, 660 səh. Tiraj 600.

4. “Buta dünyası”. Bakı, “Nurlan” nəşriyyatı 2004, 230 səh. + (16 səh. şəkil). Tiraj 300.

5. “Ləkəsiz bir vicdan, böyük bir ürək” (S.Məmmədovla birlikdə). Bakı, “Nurlan” nəşriyyatı 2005, 320 səh. + (32 səh. şəkil). Tiraj 500.

6. “Rəfiq Sarıvəlli” (Ş.İsmayılova ilə birlikdə). Bakı, “Nurlan” nəşriyyatı 2005, 248 səh. +(20 səh. şəkil). Tiraj 500.

7. Dəniz qartalı”.(Q.Mansurova ilə birlikdə). Bakı, “Nurlan” nəşriyyatı 2007, 208 səh +(40 səh. şəkil). Tiraj 500.

8. “Ömrümüzdən keçən qatar” Bakı, “Nurlan” nəşriyyatı 2008. 288 səh. Tiraj 300.

9. Haqdan gələn saz. Bakı, “Елм вя Тящсил”, 2009. – 216 səh. (nəşrə hazırlayanı və redaktoru) Tiraj 300

10. “Alışmaqdı Səməndərin peşəsi” Bakı, “Nurlan” nəşriyyatı 2009, 188 səh. Tiraj 300.

11. “Ozan-aşıq dünyası”. Bakı, “Nurlan” nəşriyyatı 2010, 144 səh. Tiraj 1000.

12. Sazımız – sazbəndimiz. Bakı, “Elm və təhsil”, 2011, 144 səh. Tiraj 1200

13. Aşıq Ələsgər. Bakı, “Elm və təhsil”, 2012. 280 səh. Tiraj 500

14. Xan Kamandar. Bakı, “Elm və təhsil”, 2012. 392 səh. (+16 səh. Şəkil) tiraj 500

15. Haqdan pay olan Göycə. Bakı, “Elm və təhsil”, 2014. 148 səh. (+4 səh. şəkil) tiraj 300

16. Sözün Zəlimxan zirvəsi. Bakı, “Vətən” nəşriyyatı, 2015. 174 səh. Tiraj 500

17. Hüseyn Saraçlı. Bakı, “Elm və təhsil”, 2016. 368 səh. (+8 səh. şəkil) Titaj 300

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina