FUAD ƏLİYEV

Ali təhsilini başa vurduqdan sonra elmi-tədqiqatla məşğul olub və 1992-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Fuad Əliyev uzaq Tümendə bacarıqlı həkim kimi Borçalını ləyaqətlə təmsil edir, buradakı Azərbaycan diasporasının işində də fəallıq göstərir. 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayında Tümendən gəlmiş nümayəndə heyətinə başçılıq edərək qurultayda çıxış etmişdir. Hazırda Tümen Dövlət Tibb Universitetində kafedra müdiri, professordur. 2017-ci il noyabr ayının 04-də Rusiya Fedresiyasının Prezidenti V.Putinin sərəncamı Rusiya Federasiyasının "Əməkdar həkimi" fəxri adına layiq görülüb.

 

 

 

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Top Desktop version