Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MƏHƏRRƏM MƏMMƏDOV

Məhərrəm Camal oğlu Məmmədov 1959-cu ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1966-cı ildə Darvaz orta məktəbinin birinci sinfinə getmiş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. Həmin il sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə versə də müsabiqədən keçə bilməmişdir. O, iki il istehsalatda çalışmış, 1978-1980-ci illərdə isə Sovet ordusu sıralarında hərbi xidmət etmişdir.

 

Məhərrəm Məmmədov ordudan tərxis olunduqdan sonra 1981-1982-ci illərdə Azərbaycan Sənaye Tikinti Nazirliyinin 8 saylı trestinin 86 saylı tikinti idarəsində fəhlə işləmişdir. 1982-ci ildə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə institutu bitirərək doğma Borçalıya qayıtmış, Bolnisi rayon xəstəxanasında həkim-intern işləmişdir.

Məhərrəm Məmmədov 1989-cu ildən Zaqatala rayonunun Yengiyan kənd ambulatoriyasının baş həkimi kimi fəaliyyət göstərmişdir. 1993-1995-ci illərdə isə Azərbaycan Milli Ordusunda xidmət etmiş, Füzuli bölgəsində torpaqlarımızın azad olunmasında iştirak etmişdir. 1995-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən Zaqatala rayonunda çalışmışdır.

1996-cı ildən isə fəaliyyətini Bakının Pirallahı (Artyom) qəsəbəsindəki 3 saylı tibbi sanitar hissədə həkim-kardioloq kimi davam etdirir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina