Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

GÜLƏHMƏD GÜLƏHMƏDZADƏ

Güləhməd Museyib oğlu Güləhmədzadə 1935-ci il avqust ayının 21-də Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. O, 1942-ci ildə Darvaz orta məktəbinin birinci sinfinə getmiş, 1952-ci ildə həmin məktəbi bitirmişdir.

 Yaşıdları kimi, ali təhsil almaq arzusu ilə Bakıya üz tutan Güləhməd sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna vermiş və qəbul imtahanlarını uğurla verərək bu ali təhsil ocağının tələbəsi olmuşdur. Tibb mütəxəssisi kimi ilk əmək fəaliyyətinə hələ tələbə ikən başlamış, oxuya-oxuya Bakı Əsəb-ruhi dispanserində işləmişdir.

1958-ci ildə institutu bitirən G.Güləhmədzadə Borçalıya qayıtmış, Dmanisi rayon xəstəxanasında həkim-terapevt kimi fəaliyyətə başlamışdır. Üç il burada çalışdıqdan sonra 1961-ci ildə həmin rayonun Yırğançay kənd xəstəxanasına baş həkim təyin olunmuşdur. 1963-cü ildən isə Muğanlı kənd ambulatoriyasının baş həkimi vəzifəsində çalışmışdır.

1965-ci ildə doğma kəndi Darvaza qayıdan Güləhməd Güləhmədzadə burada ambulatoriyanın baş həkimi kimi soydaşlarının sağlamlığı keşiyində dayanmışdır. İki il burada fəaliyyət göstərdikdən sonra o, Kazreti qəsəbəsindəki poliklinikanın baş həkimi vəzifəsinə təyin olunmuşdur. Bir müddət burada çalışmış, sonra həmin qəsəbədəki xəstəxananın terapiya şöbəsinin müdiri kimi həyatının sonunadək fəaliyyətini davam etdirmişdir.

Rayon ictimaiyyəti arasında qabaqcıl səhiyyə işçisi kimi böyük hörmət və nüfuz qazanan, şəfalı əlləri ilə neçə-neçə xəstəni həyata qaytaran, ailələrinə sevinc bəxş edən Güləhməd həkim, təəssüf ki, amansız xəstəlikdən yaxa qurtara bilməmiş, 1985-ci il avqust ayının 11-də həyatının ən gözəl çağında 50 yaşında ikən dünyasını dəyişmişdir. Dörd oğul, bir qız atası olan G.Güləhmədzadənin adını bu gün nəvəsi daşıyır. Nəvə Güləhməd də böyüyəndə babası kimi həkim olmaq arzusundadır.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina