SƏMƏD ÇOBANOV

 Səməd Nəbi oğlu Çobanov 1946-cı ildə dekabrın 12-də Bol­ni­si rayonu­nun Darvaz kən­din­də ana­dan olub. 1963-cü ildə kənd orta mək­tə­bini medalla və 1969-cu ildə N.Nə­rimanov adına Azər­baycan Döv­lət Tibb İnstitutunun (indiki Tibb Uni­ver­siteti) müalicə-profi­lak­tika fa­kül­təsini bitirib.

 1969-1971-ci illərdə hərbi hə­kim kimi orduda xidmət edib. 1971-1976-cı illərdə Bolnisi rayonunun Darvaz kənd ambula­toriyasının baş həkimi vəzifəsində çalışıb.

1976-cı ildə Gürcüstan Elmi-Təd­qi­qat Kardiologiya İnsti­tutunun klinik ordinaturasına daxil olub və 1978-ci ildə oranı bi­tirərək, Bolnisi rayon Mərkəzi xəstə­xa­nasının terapiya şöbə­sində ordinator kimi fəaliyyətə başlayıb. 1989-1992-ci illərdə yenidən Darvaz kənd ambulatoriyasının baş həkimi vəzifəsində çalışıb.

S.Çobanov 1992-ci ildən Bakıda “Azərsutikinti” xəstəxa­na­sında çalışır. Ali dərəcəli həkimdir.

  

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Top Desktop version