Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ZAKİR NƏBİZADƏ


Zakir Məhəmməd oğlu Nəbizadə
1949-cu ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1966-cı ildə kənd orta məktəbini və 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-pro­­filaktika fakültəsini bitirib. 1972-1974-cü illərdə ordu sıra­la­rında həkim kimi xidmət edib. 1974-1977-ci illərdə Tetri­skaro (Ağbulaq) rayon Mərkəzi xəstəxanasında cərrah, 1977-1978-ci illərdə Xarkov şəhə­rindəki Cərrahiyə İnstitutunda cərrah-ordinator kimi fəaliyyət göstərib. 1978-1982-ci illərdə Bolnisi rayon Mərkəzi xəstəxanasında cərrah-travmatoloq işləyib. 1983-1985-ci illərdə travmatologiya-ortopediya üzrə kliniki ordinaturanı bitirib. Ordinaturanı bitirdikdən sonra yenidən fəaliyyətini Bolnisi rayon Mərkəzi xəstəxanasında davam etdirib.

1990-cı ildən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun plastik və mikrocərrahiyyə şöbəsində çalışır. 2001-ci ildən həmin şöbənin müdiridir.

Zakir Nəbizadənin övladları da onun yolunu davam etdirirlər. Belə ki, oğlu Rauf Azərbaycan Tibb Universitetini və ixtisası üzrə aspiranturanı bitirib, hazırda Tibb Universitetinin neyrocərrahiyyə kafedrasında və Respublika Neyrocərrahiyyə xəstəxanasında çalışır. Qızı Ülviyyə də Tibb Universitetini bitirib, hazırda Türkiyənin Egey Universitetində uzmanlıq dərəcəsi almaq üçün təhsilini davam etdirir.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina