Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

SAHİB MƏMMƏDOV

Sahib Almaz oğlu Məmmədov 1972-ci il oktyabr ayının 28-də Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur.

O, 1989-cu ildə Darvaz orta məktəbini bitirmiş, hərbçi olmaq arzusu onu Rusiyanın Tümen vilayətinə gətirib çıxarmış və buradakı Ali Hərbi Məktəbə daxil olmuşdur.

1992-ci ildə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qanlı döyüşlər getdiyi bir vaxtda Sahib Tümen Ali Hərbi Məktəbinin 3-cü kursunda oxuyurdu. Azərbaycanın belə ağır günlərində bir çox soydaşlarımız kimi, о da kənarda qalmağı qeyrətinə sığışdırmadı, təhsilini orda yarımçıq qoyub Bakıya qayıtdı, buradakı Ali Hərbi Məktəbdə oxuyaraq Azərbaycan Milli Ordusunda xidmətə başladı.

 Milli Orduda xidmətə başladığı gündən ön cəbhədə düşmənlə üzbəüz olan Sahib 1992-ci il noyabrın 14-də yaralansa da, döyüş yolunu davam etdirdi. 1993-cü il iyulun 19-da aldığı yara daha ağır olsa da, müalicəsi başa çatan kimi həkimlər razılıq verməsə də yenidən cəbhə bölgəsinə yollandı.

Həmişə ön cəbhədə xidmət edən S.Məmmədovun yüksək ixtisaslı kadr kimi hərbi biliklərə dərindən bələd olması daim onun karına gələrdi. Hərbi xidmətə təzəcə başlayan gənclərə isə daim qayğı ilə yanaşmış, onların yetkinləşmələri üçün əlindən gələni əsirgəməmişdir.

Ancaq təəssüf ki, Milli Ordumuzun inkişafı, torpaqlarımızın azad olunması naminə hələ çox işlər görə biləсək mayor Sahib Məmmədov 2002-ci il noyabr ayının 7-də minaya düşərək həlak olmuş, Azərbaycan Ordusu igid bir zabitini, borçalılar isə qeyrətli bir eloğlusunu itirmişdir.

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina