Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ARİF HƏSƏNOV

Arif Almaz oğlu Həsənov 1975-ci il aprelin 8-də Borçalıda – Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Orta təhsilini də bu kənddə alıb.  1992-ci ildə Darvaz  kənd  orta  məktəbini  bitirib.

Bu, o vaxtlar idi ki, SSRİ adlı nəhəng bir imperiya çokmüş, ittifaqın ayrı-ayrı respublikaları özünün müstəqilliyini elan etmişdi.

Azərbaycan da yenidən öz müstəqilliyinə qovuşmuşdu.

Bu müstəqillik isə yüzlərlə azadlıq mücahidlərinin canı və qanı bahasına əldə olunmuşdu. Orta məktəbi bitirəndən sonra  ali təhsil almaq üçün yaşıdları kimi o da Bakı şəhərinə üz tutub. Məktəbdə yaxşı oxuduğundan, istədiyi ali məktəbə daxil ola bilərdi. Amma Arif daha çətin və şərəfli bir yol seçib. Hərbçi olmaq qərarına gəlib. Hərbçi olmaq, bəlkə də, əvvəllər heç onun arzusu olmamışdı, amma Azərbaycanın başının üstündə qara buludlar dolaşdığı, xalqımızın 1990-cı ilin 20 yanvar  faciəsini yaşadığı və Qarabağ uğrunda şiddətli döyüşlər getdiyi bir vaxtda başqa yol seçə də bilməzdi.

Azərbaycanda ordu quruculuğunun getdiyi bir vaxtda -  1992-ci ildə  o, Bakı Ali Hərbi  Birləşmiş  komandirlər  məktəbinə daxil  olub, 1996-cı ildə həmin məktəbi qoşunların hava hücumundan müdafiə ixtisası üzrə  bitirib.

20 ildən artıq Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində, Təlim və Tədris Mərkəzinin  hava hücumundan müdafiə kafedrasında, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hava Hücumundan  Müdafiə  Fakültəsində müvafiq vəzifələrdə xidmətdə olub. Həmişə də zabit şərəfini qoruyub, onu hər şeydən üstün tutub.

Arif Həsənov 2018-ci ildə polkovnik-leytenant hərbi  rütbəsi ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.

 

Elşad ÇOBANLI

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina