Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Niyazalı Oruc oğlu Bayramov

 

Niyazalı Oruc oğlu Bayramov 1933-cü il avqustun 5-də Gürcüstan SSR-in Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1953-cü ildə Darvaz kənd orta məktəbini bitirmişdir. 1954-1957-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və kiçik leytenant hərbi rütbəsində ordudan tərxis olunmuşdur. 1960-cı ildə Gürcüstan SSR DİN-in Tbilisi Xüsusi Milis Məktəbini və 1974-cü ildə Rostov şəhərindəki SSRİ DİN-in Ali Milis Məktəbini bitirmişdir.

 

N.Bayramov 1960-cı ildən DİO-da xidmətə başlamışdır. 1960-1974-cü illərdə Gürcüstan SSR-in Zalqa rayon DİŞ-də Sahə inspektoru, 1974-1985-ci illərdə isə Marneuli rayon DİŞ-də Müstəntiq vəzifələrində çalışmışdır. O, 1985-ci ildə Müstəntiq vəzifəsindən milis kapitanı rütbəsində istefaya getmişdir.

N.Bayramov cinayətlərin qarşısının alınması və açılmasında, ictimai təhlükəsizliyin təmin edilməsində və asayişin qorunmasında qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə, xidməti vəzifələrinin icrasında yüksək peşəkarlıq göstərdiyinə, xüsusi xidmətlərinə və DİO-da uzunmüddətli səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

N.Bayramov daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə (10, 15, 20 və 25 il)” medalları, həmçinin SSRİ və Gürcüstan SSR DİN-in “Fəxri fərman”ları ilə təltif olunmuşdur.

Niyazalı Bayramov “SSRİ DİN-in Əməkdar əməkdaşı” fəxri adına layiq görülmüşdür.

N.Bayramov 2010-cu il iyulun 2-də 76 yaşında vəfat etmişdir. Nümunəvi bir ailə başçısı olmuş N.Bayramovun dörd övladı var.

  

 

 

 

                                                                       Qabil Firdovsi oğlu Bayramov

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina