Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Firdovsi Bayram oğlu Bayramov

Firdovsi Bayram oğlu Bayramov 1954-cü il dekabrın 14-də Gürcüstan SSR-in Bolnisi rayonunun Darvaz kəndində müəllim ailəsində anadan olmuşdur. 1971-ci ildə Darvaz kənd orta məktəbini bitirmişdir. 1973-1975-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 1980-ci ildə SSRİ DİN-in Dnepropetrovsk Xüsusi Milis Məktəbini “Hüquqşünas” ixtisası üzrə bitirmişdir. 1988-ci ildə SSRİ DİN-in Akademiyasının Tbilisi filialını bitirərək ali hüquq təhsili almışdır.

F.Bayramov 1975-ci ilin avqust ayından DİO-da milis nəfəri kimi xidmətə başlamışdır. O, Ukrayna SSR-in Xarkov şəhər Daxili İşlər İdarəsində Cinayət axtarış inspektoru və Sahə inspektoru vəzifələrində çalışmışdır. 1982-ci ildə SSRİ DİN-in müvafiq əmrinə əsasən Azərbaycan SSR DİN-in sərəncamına göndərilərək Xaçmaz rayon DİŞ-nə Cinayət axtarış inspektoru vəzifəsinə təyin olunmuş və 1983-cü ilə qədər bu vəzifədə çalışmışdır. Həmin ildə Zaqatala rayon DİŞ-nə təyinat almış, uzun müddət burada Cinayət axtarış inspektoru, Sahə inspektoru, Təhqiqatçı və Növbətçi hissənin Baş əməliyyat inspektoru vəzifələrində çalışmışdır. Xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fərqləndiyinə, rəhbərliyin etimadını qazandığına görə vəzifədə irəli çəkilərək 1994-cü ildə Zaqatala RPŞ-nin Qərargah rəisi vəzifəsinə təyin olunmuş və 2004-cü ilə qədər bu vəzifədə çalışmışdır. O həmin ildə Qərargah rəisi vəzifəsindən polis mayoru rütbəsində istefaya getmişdir. 12 oktyabr 2015-ci il tarixindən  Bakı şəhər BPİ-nin Nizami RPİ Veteranlar şurasının üzvü, 15 noyabr 2022-ci il tarixindən isə şuranın sədr müavini seçilmişdir.

 

F.Bayramov cinayətkarlığa və terrorçuluğa qarşı mübarizə işinin təşkilində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində və asayişin qorunmasında xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə,habelə DİO-da uzun illər ərzində qüsursuz və səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

 

F.Bayramov SSRİ və AR DİN-in müvafiq əmrləri ilə “Milis əlaçısı” döş nişanı, SSRİ DİN-in “Əlaçı çekist” döş nişanı, “DİO-da qüsursuz xidmətlərinə görə” medalları, ictimai asayişin qorunmasında xüsusi fərqləndiyinə görə DİN-in “Fəxri fərman”ı ilə təltif olunmuş, həmçinin “Usta məharət dərəcəsi” adına layiq görülmüşdür.

 

Firdovsi Bayramov I Dağlıq Qarabağ müharibəsinin iştirakçısıdır (1988-1994). Milli ordumuzun hələ yaradılmadığı o illərdə torpaqlarımızın müdafiəsi də ictimai asayişi qoruyan polis işçilərinin üzərinə düşmüşdü. Belə bir şəraitdə Azərbaycan polisi vətənin müdafiəsi uğrunda böyük fədakarlıqlar göstərmişdir. Ermənistan dövləti və onun havadarları ilə qeyri-bərabər döyüşlərdə Azərbaycan polisi öz şərəfini qorumaqla yanaşı cəbhədə də düşmənə zərbələr endirərək onları ağır itkilərə məruz qoymuşdur. F.Bayramov polis zabiti kimi bir çox qaynar döyüş nöqtələrində olmuşdur. Digər müharibə veteranları kimi o da ölkə Prezidentinin sərəncamına əsasən “Prezident təqaüdünə” layiq görülmüşdür.

 

Xidmət illərində vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə DİN-in “Mübariz keşikdə” qəzetində “Söz verilir qabaqcıllara!” rubrikasında onun haqqında geniş məqalələr dərc olunmuşdur.

 Evlidir üç övladı var.

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina