Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

NOVRUZ MƏMMƏDOV

Novruz Camal oğlu Məmmədov 1908-ci ildə Borçalıda – Darvaz kəndində anadan olmuşdur. O, hələ 9-10 yaşlarında ikən valideynlərini itirmiş və özündən kiçik qardaş və bacılarının qayğı yükü də onun üzərinə düşmüş, hər bir çətinliyə dözərək həyatın sərt sınağından alnıaçıq çıxmışdır.

 

Borçalıda savadsızlığı ləğvetmə komissiyasının verdiyi təhsil haqqında vəsiqədə göstərilir ki, Nov­ruz Camal oğlu 1929-cu ildə həmin kursu bitirmiş və yeddinci sinif həcmində savadlanmışdır.

Əvvəllər təsərrüfatın müxtəlif sahələrində çalışsa da, rəsmən əmək fəaliyyətinə 1930-cu ildə poçtalyon kimi başlamış, 1931-ci ildə isə Lüksemburq (Bolnisi) rayon Meşə Təsərrüfatı İdarəsinə rəhbər vəzifəyə irəli çəkilmişdir. О, burada əvvəlcə Çatax (Poladauri) zonası üzrə meşəbəylilərə məsul, sonra isə idarədə baş mütəxəssis olmuşdur.

1939-cu ilin iyul ayında rayon rəhbərliyi işgüzarlığını və təşkilatçılıq qabiliyyətini nəzərə alaraq onun Darvaz kəndindəki E.Telman adına kolxoza sədr seçilməsini tövsiyə etmişdir.

1941-ci ildə müharibə başlayanda kolxoz sədri kimi, cəbhəyə getməmək üçün bronu olsa da o, bunu özünə sığışdırmamış və həmin ilin sentyabrında cəbhəyə yola düşmüşdür. O, cəbhədə əvvəlcə 402-ci, sonralar isə 416-cı atıcı diviziyada zabit kimi rəşadətlə vuruşmuş, 1943-cü ilin əvvəllərində ikinci dəfə yaralandıqdan sonra tərxis olunmuşdur.

Cəbhədə göstərdiyi şücaətə görə o, orden və medallarla təltif olunmuşdur. Hitler Almaniyası üzərində qələbənin 30-cu ildönümü ilə əlaqədar SSRİ Müdafiə naziri, Marşal A.Qreçkonun Novruz Məmmədova göndərdiyi məktubda deyilir: “Çətin müharibə sınağı illərində Siz bizim Vətəni fəal müdafiə edənlərin sırasında olmusunuz. Böyük Vətən müharibəsində Sizin xidmətləriniz xalqımızın xatirində daim yaşayacaqdır”.

Müharibədən qayıdıb müalicə olunduqdan sonra N.Məmmədov Aşağı Güləver kəndindəki kolxozun sədri seçilmiş, sonra yenidən Darvaz kəndindəki kol­xoza rəhbərlik etmişdir. O, ümumilikdə 16 il kolxoz sədri olmuş, ömrünün sonunadək müxtəlif vəzifələrdə çalışmışdır.

Novruz Məmmədov təkcə Darvazda deyil, bütövlükdə bölgədə müdrik və ziyalı bir insan kimi tanınmış, böyük hörmət və nüfuz sahibi olmuşdur. O, dəyərli məsləhətləri ilə daim həryerlilərinə arxa-dayaq olmuş, elm-savada böyük diqqət yetirmiş, özü də dünya klassiklərinin əsərlərinin mütaliə etmişdir. Onun 9 övladının hamısı ali təhsil almışdır.

Novruz Məmmədov 1979-cu ildə vəfat etmişdir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina