Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

CƏLAL AŞIROV

Cəlal Əhməd oğlu Aşırov 1914-cü ildə Yekaterinenfeld (in­diki Bolnisi) nüma­yəndəliyinin Darvaz kəndində anadan olub.

O, Darvaz kəndinəki 7 illik məktəbi bitirdikdən sonra Tiflis Pedaqoji Texnikumuna daxil olub. 1934-cü ildə Texni­kumu bi­ti­rən C.Aşırov Darvaz 7 illik məktəbinə müdir vəzifəsinə təyin olunub.

 

Bir il məktəb müdiri kimi pedaqoji fəaliyyətlə məşğul olub, 1935-ci ilin payızında hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurub doğma yurda qayıdan C.Aşırov Lüksemburq (indiki Bolnisi) Rayon Komsomol Komitəsində işə başlamışdır.

İşgüzarlığı, siyasi hazırlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq o, əvvəlcə Rayon Komsomol Komitəsinin katibi, sonra isə birinci katibi vəzifəsinə irəli çəkilib. Qısa bir müddətdə o, ra­yon ictimaiyyəti və gənclər arasında böyük hörmət qazanıb.

Böyük Vətən müharibəsinin başlanması onun da arzularını ürəyində qoyub, müharibəyə getməmək üçün bronu olsa da,  könüllü olaraq cəbhəyə yollanıb. Zabitlik kursunu bitirdikdən sonra onun döyüş yolu Krım cəbhəsindən başlayıb, 1942-ci ildə Qərb cəbhəsinə göndərilib.

Cəbhədə şərəfli bir döyüş yolu keçən C.Aşırov bir neçə or­den və medalla təltif olunub.

Cəlal Aşırov 1943-cü ilin payızında döyüşlərdə qəhrəman­ca­sına həlak olub. 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina