Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

MƏDƏD MURADOV

Mədəd Səməd oğlu Muradov 1912-ci ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. İbtidai təhsilini Darvaz kəndində almışdır. İyirminci illərin sonlarında Tiflis Türk Pedaqoji Texnikumuna daxil olmuş, 1931-ci ildə oranı bitirmişdir. Elə həmin il öz kəndlərindəki natamam orta məktəbə müdir təyin edilərək maarif sahəsində fəaliyyətə başlamışdır.

 

Beş il məktəbdə çalışdıqdan sonra o, təhsilini davam etdirmək məqsədilə Leninqrad şəhərinə getmişdir. Orada Pokrovski adına Leninqrad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1940-cı ildə oranı bitirib, ali təhsilli müəllim kimi kəndlərinə qayıtmış, doğma məktəbdə müdirlik vozifəsini davam etdirmişdir. Həmin illərdə Darvaz məktəbi tam orta məktəbə çevrilmişdir.

1943-cü ildə Mədəd Muradov qabaqcıl bir məktəb təşkilatçısı kimi Gürcüstan Maarif Nazirliyinin göstərişi    ilə qonşu Borçalı rayonunun Gorarxı kənd orta məktəbinə direktor göndərilmişdir. İki il orada işlədikdən sonra o, Qaçağan orta məktəbinə direktor təyin edilmişdir.

1948-ci ildə Mədəd Muradov Borçalı Pedaqoji texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur.

1952-ci ildə, dərs ilinin başlanmasından bir ay keçmiş o, öz ərizəsi ilə texnikumun direktorluğundan çıxıb doğma kəndində müəllimlik etmişdir. Dərs ilinin axırında Mədəd Muradov yenidən Darvaz orta məktəbinə direktor təyin edilmişdir.

1959-cu il sentyabrın 7-də Bolnisi rayonu məktəb direktorlarının müşavirəsinə toplaşan həmkarları respublika müəllimlər qurultayından qayıdan Mədəd Muradovu təbrik etmişlər. 30 avqust tarixli «Zarya Vostoka» qəzetində Mədəd Muradovun «Gürcüstanın əməkdar müəllimi» adına layiq görülməsi barədə fərman dərc edilmişdi.

1960-cı ildə Mədəd Muradov Bakıya köçmüşdür. Azərbaycan Maarif Nazirliyinin göndərişi ilə o, Dəvəçi rayonunun Zarat internat məktəbinə direktor təyin olunmuşdur. Yeddi il həmin internat məktəbə başçılıq edir.

Mədəd Muradov «Lenin» ordeni və bir sıra medalla təltif olunmuşdur.

Mədəd Muradov 1985-ci ildə Bakıda vəfat etmişdir.

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina