Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

NƏBİ ÇOBANOV

Nəbi Namaz oğlu Çobanov 1926-cı ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. Doğma kəndində yed­dillik orta məktəbi bitirdikdən sonra təhsilini Başkeçid Pedaqoji Texni­kumunda davam etdirib.

 

1942-ci ildə texnikumu müvəf­fəqiyyətlə bitirib əmək fəaliy­yətinə başlayan Nəbi müəllim Bol­nisi rayonunun Babakişilər, Dəmirli, Gibircik, Yuxarı Güləver və Aşağı Güləver kənd­lərində dərs deyib, məktəb müdiri vəzifəsində çalışıb, sonra isə pedaqoji fəaliyyətini Darvaz orta məktəbində davam etdirib.

O, 1950-ci ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun nəzdindəki Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini də bitirib.

Nəbi Çobanov rayonun ictimai-siyasi həyatında yaxından iştirak edib, dəfələrlə kənd Sovetinin deputatı seçilib, Bolnisi rayon məhkəməsində Xalq iclasçısı kimi fəaliyyət göstərib.

Nəbi Çobanov 1971-ci ildə Darvaz Kənd Sovetinin sədri vəzifəsinə seçilib və 1977-ci ilədək bu vəzifədə çalışıb. Gördüyü işlərlə, xeyirxah əməlləri ilə, o, hələ uzun müddət həmyerlilərinin yaddaşında yaşayacaqdır.

Nəbi Çobanov 1998-ci ildə vəfat edib.  

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina