Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ƏMİRASLAN ƏLİYEV

Əmiraslan Hacıməmməd oğlu Əliyev 1944-cü il oktyabrın 24-də Borçalıda – Bolnisi rayonunun Darvaz kəndində kolxozçu ailəsində anadan olub. 1951-ci ildə Darvaz orta məktəbinin birinci sinfinə daxil olub, 1961-ci ildə həmin məktəbi bitirib.

Elə həmin ildə də ali təhsil almaq üçün Bakıya gəlib və Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsinə daxil olub. 1966-cı ildə ali təhsilini başa vuraraq kimya maşın və avadanlıqları üzrə mühəndis-mexanik ixtisasına yiyələnib. Gənc mütəxəssis kimi təyinatla Ermənistanın Kirovakan şəhərinə göndərilib, beş ay buradakı Kimya Aparatlarının Layihə İnstititunda çalışdıqdan sonra azad təyinat alaraq Gürcüstana qayıdıb. Rustavi şəhərindəki Kimya zavodunda azot sənayesində usta, mexanik, sex rəisinin müavini və digər vəzifələrdə çalışıb.

1968-1970-ci illərdə Ukraynanın Kiyev vilayətində  sovet ordusun sıralarında zabit kimi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra yenə də əmək fəaliyyətini Rustavi şəhərində davam etdirib.

O, 1980-ci ildə yaşlı valideynlərinə qulluq etmək məqsədi ilə doğma Darvaz kəndinə köçüb və əmək fəaliyyətini Darvaz südçülük-kaertofçuluq sovxozunda mühəndis-mexanik vəzifəsində davam etdirib.

1989-cu ildə Bakı şəhərinə köçən Əmiraslan Əliyev 1989-1994-cü illərdə Montin adına Maşınqayırma zavodunun nəqliyyat sexində rəis müavini və rəis vəzifələrində çalışıb.

Uzun müddət kimya sənayesində çalışdığına görə 1994-cü ilin oktyabrında 50 yaşında təqaüdə çıxıb və 1995-ci ilin yanvarında yenidən Darvaz kəndinə qayıdaraq burada yaşamağa başlayıb, şəxsi təsərrüfatında arıçılıqla məşğul olub.

2021-ci ilin avqust ayında Darvazda dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina