Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

NADİR ƏHMƏDOV

Nadir Rüstəm oğlu Əhmədov 1909-cu ildə Borçalının Yekaterinenfeld nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. O, Ağbulaqda 7 illik məktəbi bitirdikdən sonra 1928-ci ildə Darvaz kənd ibtidai məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

1933-cü ildə isə həmyerliləri ona böyük etimad göstərərək Darvaz kənd sovetinin sədri seçmişlər. Sonra kolxozçuların hesabdarlıq kursunu bitirmiş və əvvəlcə Darvaz kəndindəki Telman adına kolxozda bir müddət hesabdar, daha sonra isə müxtəlif illərdə həmin kolxozun sədri, yenidən kənd sovetinin sədri və Bolnisi Tədarük Kontorunun direktoru vəzifələrində çalışmışdır.

Nadir Əhmədov 1941-ci ildə cəbhəyə yollanmış, Şimali Qafqazda rota komandiri kimi vuruşmuşdur.

O, işlədiyi bütün sahələrdə təşkilatçılıq bacarığı, rəhbərə xas müsbət keyfiyyətləri ilə istər yaşadığı kənd, istərsə də rayon ictimaiyyəyti arasında böyük hörmət və nüfuz qazanmışdır. Müxtəlif vəzifələrdə çalışarkən nümayiş etdirdiyi möhkəm iradə, çətinliklərə mətanətlə sinə gərməsi bu gün də minnətdarlıqla xatırlanır.

N.Əhmədovun əməyi layiqincə qiymətləndirilmişdir. O, “Qırmızı Ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərin Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə”, “1941-1945-ci illərin Böyük Vətən müharibəsində şərəfli əməyi görə”, “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” və bir sıra başqa medallarla təltif olunmuşdur.

Nadir Əhmədov 1986-cı ilin yanvar ayında vəfat etmişdir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina