Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

İLYAS ƏLİYEV

İlyas Ramazan oğlu Əliyev 1917-ci ildə Borçalıda – Yekaterinenfeld (Bolnisi) nümayəndəliyinin Darvaz kəndində anadan olmuşdur. O, burada yeddillik məktəbi bitirdikdən sonra təhsilini Tiflis Pedaqoji texnikumunda davam etdirmiş və orada təhsilini başa vurduqdan sonra doğma kəndindəki məktəbdə pedaqoji fəaliyyətə başlamışdır.

İkinci dünya müharibəsi başlayanda cəbhəyə yollanan İlyas Ramazan oğlu döyüşlərdə iki dəfə yaralansa da, müalicə olunaraq yenidən döyüş bölgəsinə qayıtmış, rəşadətlə vuruşmuşdur. Müharibədən tərxis olunduqdan sonra doğma yurda qayıdan İ.Əliyev Darvaz orta məktəbində dərs hissə müdiri vəzifəsinə təyin olunmuşdur.

Rayon ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibi olan İlyas müəllim daim ictimai işlərdə fəallıq göstərmiş, dəfələrlə yerli sovetin deputatı seçilmişdir. O, iki dəfə (birinci dəfə 1952-ci ildə) Darvaz kənd sovetinin sədri seçilmiş, bu vəzifədə ləyaqətlə çalışaraq hemyerlilərinin etimadını doğrultmuş, kəndin abadlaşdırılması naminə əlindən gələni əsirgəməmişdir.

Sonralar bir müddət Darvaz kənd rabitə şöbəsinin rəisi vəzifəsində çalışan İ.Əliyev ötən əsrin altmışıncı illərinin sonlarında yenidən pedaqoji işə qayıdaraq Darvaz orta məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.

Sözün əsl mənasında müəllim, el ağsaqqalı, nurani insan olan İlyas müəllim eloğlularının böyük rəğbətini qazanmışdır. Bu gün də onun adı minnətdarlıqla xatırlanır.

İlyas Əliyev 1997-ci ilin mart ayında vəfat etmişdir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina