Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ALI ORDUXANOV

Alı Qurban oğlu Orduxanov 1927-ci ildə Lüksemburq (Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. O, 1934-cü ildə Darvaz orta məktəbinin birinci sinfinə getmiş və 1944-cü ildə həmin məktəbi bitirmişdir.

 

Alı Orduxanov 1945-ci ildə Darvaz orta məktəbində ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1954-cü ildən isə həmin məktəbdə pioner baş dəstə rəhbəri işləməklə yanaşı, həm də dərs demişdir. O, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1963-cü ildə ali təhsilini başa vurmuşdur. 

1960-1966-cı illərdə Darvaz orta məktəbində tarix fənnindən dərs deyən Alı müəllim 1966-cı ilin sentyabrından 1967-ci ilin mart ayınadək kənddəki axşam orta məktəbinin direktoru olmuş, sonra isə 1971-ci ilədək Darvaz orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. O, 1971-ci ildə həmin məktəbin diretkoru təyin edilmiş və bu vəzifədə 1981-ci ilədək çalışmışdır.

Alı Orduxanov 1981-1984-cü illərdə Darvaz kənd Sovetinin sədri, 1984-1986-cı illərdə isə yenidən Darvaz orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. 1986-cı ildə təqaüdə çıxması ilə əlaqədar öz xahişinə əsasən tutduğu vəzifədən azad olunmuşdur.

Yaşadığı kəndin və rayonun ictimai həyatında daim yaxından iştirak edən Alı müəllim uzun müddət Kənd Sovetinin deputatı olmuş, bacarıqlı maarif təşkilatçısı kimi fərqlənmişdir. Onun əməyi layiqincə qiymətləndirilmişdir. Dəfələrlə Fəxri Fərmanlara layiq görülmüş, “Rəşadətli Əməyə görə”, “Əmək veteranı” medalları, “Maarif əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Alı müəllim bu gün də öz bilik və təcrübəsini gənclərdən əsirgəmir, Darvaz orta məktəbində pedaqoji fəaliyyətini davam etdirir. О eyni zamanda Gürcüstan Azərbaycanlı Ziyalılar Cəmiyyətinin Darvaz kəndi üzrə şöbəsinin sədridir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina