Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

HACIMƏMMƏD HACIYEV

Hacıməmməd Qurban oğlu Hacıyev 1926-cı ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. O, Darvaz kəndində ibtidai və natamam orta təhsil aldıqdan sonra 1939-cu ildə Başkeçid Pedaqoji texnikumuna daxil olmuşdur.

 

1942-ci ildə texnikumu bitirib pedaqoji fəaliyyətə başlayan Hacıməmməd Qurban oğlu Bolnisi rayonunun Arakel kəndindəki ibtidai məktəbə müdir vəzifəsinə təyin olunmuş, 1944-cü ildən Gibircik kəndindəki ibtidai məktəbin müdiri, 1948-1952-ci illərdə Ayorta, 1954-1955-ci illərdə isə Aşağı Giləver kəndlərindəki səkkizilik məktəbinin direktoru vəzifəsində çalışmışdır.

1955-ci ildə Darvaz kəndindəki kolxozun sədri seçilən H.Hacıyev bir il bu vəzifədə çalışdıqdan sonra yenidən pedaqoji işə qayıtmış, 1957-1962-ci illərdə Dəmirli kəndindəki səkkizilik məktəbin direktoru kimi fəaliyyət göstərmiş, 1962-1971-ci illər Darvaz orta məktəbinin direktoru, 1971-1981-ci illərdə isə məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini, 1981-1984-cü illərdə yenidən direktor olmuşdur.

Rayonun pedaqoji ictimaiyyəti arasında böyük hörmət və nüfuza malik olan Hacıməmməd müəllimin Darvaz orta məktəbinə rəhbərlik etdiyi dövrdə bu təhsil ocağı respublikada qabaqcıllar sırasında olmuş, hər il məzunlarının 60-70 faizi ali məktəblərə daxil olmuşdur. Məhz onun rəhbərliyi dövründə Darvaz orta məktəbinin 10 nəfər məzunu gümüş və qızıl medala layiq görülmüşdür.

Hacıməmməd Hacıyev 1984-cü ildə Darvaz kənd Sovetinin sədri vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 1989-cu ilədək çalışmışdır. Sonra yenidən Darvaz orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1996-1999-cu illərdə Darvaz Kənd Məclisi (Sakrebulo) sədrinin müavini, 1999-2001-ci ildə isə yeniden Darvaz orta məktəbinin direktoru vəzifəsində çalışmışdır.

H.Hacıyev dəfələrlə yerli və rayon sovetinə deputat seçilmiş, Gürcüstan müəllimlərinin V qurultayının nümayəndəsi olmuşdur.

Оnun əməyi layiqincə qiymətləndirilmiş, “Əməkdə fərqlənməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi”, “Əmək veteranı” medalları və Gürcüstan Maarif Nazirliyinin, SSRİ Maarif İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Hacıməmməd Hacıyev 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina