Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR

Müstəqilliyin açdığı geniş imkanlar hər sahədə özünü göstərdi. Tezliklə iqtisadiyyatın, elmin və mədəniyyətin müxtəlif sahələrində nəzərəçarpacaq irəliləyiş oldu. Amma təəssüflər olsun ki, son illər müstəqilliyin açdığı bu imkanlardan xüsusilə musiqi sahəsində bir özbaşınalıq, hərc-mərclik yarandı. İndi musiqi təhsili oldu-olmadı hər yerindən duran musiqi bəstələyir, səsi var, ya yox müğənni olur. Ən pisi də odur ki, yenilik pərdəsi altında xalq musiqimizə, qədim çalğı alətlərimizə ögey münasibət formalaşır.

Amma nə yaxşı ki, bütün varlığı ilə milli musiqimizə bağlanan, onun yaşaması, nəsildən-nəsilə ötürülməsi üçün əlindən gələni əsirgəməyən sənətkarlarımız var. Bu yazıda onlardan biri haqqında söhbət açmaq istəyirəm. ...Sarı Əhmədov 1934-cü ildə Borçalıda – Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. Uşaqlığı ağrılı-acılı müharibə illərinə təsadüf etdiyindən ali təhsil ala bilməmiş, ancaq əvəzində başqa – daha gözəl bir yol seçmişdir. Bütün Borçalıda məşhur olan Paşa kişidən qara zurnanın sirlərini öyrənmiş, el şənliklərini yola vermişdir. Bir vaxtlar Borçalıda bircə toyu qara zurnasız təsəvvür etmək mümkün deyildi. Bir kənddə çalınan zurna səsi qonşu kəndlərdə belə eşidilirdi. Amma bu gün Sarı kişini narahat edən odur ki, son vaxtlar bu qədim musiqi alətinə maraq azalıb. Özü də qəribə bir mənzərə yaranıb, şəhərlərdə, şadlıq evlərində qara zurnaya maraq olduğu halda, kənd toylarının bəzəyi olan zurna unudulur.

Usta Sarı da ona görə narahat olmur ki, toylarda azdan-çoxdan o da çörək pulu qazanırdı. Ona görə narahat olur ki, qədim milli musiqi alətimizə biganəlik var. Və bu, təkcə usta Sarını yox, hamımızı narahat etməlidir. Hər dəfə sədası gələndə qəlbimizi cuşa gətirən, bizi kökümüzə, soyumuza qaytaran qara zurnanı yaşatmağı hamımız özümüzə borc bilməliyik. Yeri gəlmişkən, bir şeyi də qeyd edim ki, Sarı Əhmədov Borçalıda, onun hüdudlarından kənarda mahir bir zurnaçı kimi tanınmaqla yanaşı, həm də bənnadır. Hərdən zarafatla deyir ki, mən əvvəlcə evi tikirəm, sonra da o evə gəlin köçürürəm. Doğrudan da bundan böyük nəcib, xeyirxah iş olmaz. Beləcə uzun illər Borçalıda rəhmətlik Alı kişi ilə bərabər el şənlikləri keçirən, oğul evlənlirib, qız köçürən Sarı Əhmədov qara zurnanın taleyindən narahatdır. Ancaq atalar yaxşı deyib, zər qədrini zərgər bilər. Qara zurnanın da, onu yaşadan Sarı kimi sənətkarların da qədrini bilənlər var və məhz onların sayəsində bu qədim musiqi alətimiz yaşayacaq və yenidən toylarımızın yaraşığına çevriləcəklər.

 

Musa NƏBİOĞLU  

“Mərhəmət” qəzeti, mart 2002-ci il.

1 Şərh

  • Musa Nəbioğlu

    Bu il gözəl sənətkarımız Sarı Əhmədovun 80 yaşı tamam olur. Onu təbrik edir, uzun və sağlam ömür arzulayırıq.

    Musa Nəbioğlu 11.03.2014 19:35 Şərh bağlantısı
Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina