Ali təhsilli fizika-riyaziyyat müəllimi kimi ilk pedaqoji fəaliyyətinə Bolnisi rayonunun Aşağı Güləver kəndindəki səkkizillik məktəbdə başlayan Həmid müəllim 1980-ci ilədək bu kollektivdə çalışıb. 1980-1984-cü illərdə artıq orta məktəbə çevrilən Aşağı Güləver məktəbində sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini, 1984-1991-ci illərdə isə Bolnisi rayon təhsil şöbəsində metodist vəzifəsində çalışıb.
O, 1991-2006-cı illərdə Dəmirli kənd ibtiadi məktəbinin direktoru, 2006-2011-ci illərdə isə Darvaz orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirib. 2013-cü ildən isə Aşağı Güləver kəndindəki məktəbdə fizika fənnini tədris edir.



Həmid Hüseyn oğlu Şabanov 1938-ci il martın 14-də Bolnisi rayonunun Dəmirli kəndində anadan olub. 1946-cı ildə Dəmirli kəndindəki ibtiadi məktəbin birinci sinfinə gedib, 1957-ci ildə isə Darvaz orta məktəbini bitirib. 1957-ci ildə H.Zərdabi adına Kirovabad (Gəncə) Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub, 1962-ci ildə ali təhsilini başa vurub.