Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

ƏNVƏR ŞABANOV


Ənvər Hüseyn oğlu Şabanov 1940-cı ildə Bolnisi rayonunun Dəmirli kəndində anadan olub.

1947-ci ildə Dəmirli ibtidai məktəbinin birinci sinfinə gedib, Aşağı Cüləvər kənd səkkizillik məktəbini, 1958-ci ildə isə Darvaz kənd orta məktəbini bitirib. Dörd ilə yaxın kənd kolxozunda işləyib, 1962-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ADTU-nun) sanitar-gigiyena fakültəsinə daxil olub, 1968-ci ildə həmin fakültəni bitirib.

 1968-ci ildə təyinatla Xaçmaz rayon xəstəxanasında, sonra isə Sumqayıt şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərib.

1970-ci illərdə Bakı şəhər Təcili Tibbi Yardım stansiyasında həkim kimi çalışıb. 1970-ci illərin axırlarında Tibb institutunun histologiya kafedrasında assistent, sonra isə baş müəllim işləyib. Həmin ildə bu kafedrada disertant kimi elmi işlə mə.ğul olub və 1990-cı ildə dissertasiya işini uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.

Ənvər Şabanovun elmi və pedaqoji fəaliyyəti 20 elmi əsərdə və 1 metodik göstərişdə öz əksini tapıb. О, bu müddət ərzində 5 ittifaq və respublika səviyyəli konfranslarda çıxış edib, elmi məqalələr çap etdirib.

1995-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin histologiya kafedrasının dosenti kimi elmi-peaqoji fəaliyyətlə məşğul olub.

Ənvər Şabanov 2005-ci il iyunun 30-da Bakı şəhərində vəfat edib.

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina