Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TOFİQ ŞAHBAZOV

Tofiq Bilal oğlu Şahbazov 1950-ci il iyun ayının 17-də Bolnisi rayonunun Dəmirli kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1961-ci ildə Dəmirli kəndindəki ibtidai məktəbi, 1967-ci ildə isə Darvaz orta məktəbini bitirmişdir. 1968-ci ildə sürücülük məktəbində oxuduqdan sonra Rustavi şəhərindəki 6 saylı avtomobil kolonasında sürücü kimi əmək fəaliyyətinə başlamışdır.

 T.Şahbazov 1969-cu ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuş, 1972-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vuraraq həmin məktəbin artilleriya batareyasında tağım komandiri kimi xidmətini davam etdirmişdir. О, 1975-ci ildə Rusiyanın Penza şəhərindəki Artilleriya Silahları üzrə Mühəndislik Akademiyasına daxil olmuş və 1980-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1979-cu ilin noyabrında Tbilisi Ali Hərbi Artilleriya Məktəbində Raket və Artilleriya Silahları kafedrasında laboratoriya rəisi, 1984-cü ilin sentyabrında isə həmin kafedranın Artilleriya Silahları üzrə müəllimi təyin edilmişdir.

1989-cu ildən fəaliyyətini Azərbaycanda davam etdirən T.Şahbazov əvvəlcə Bakı Dövlət Universitetinin hərbi kafedrasında baş müəllim olmuş, 1991-ci ilin noyabrında isə həmin kafedranın Tank Əleyhinə Raket Komplekslərinin döyüşdə tətbiqi silsiləsinin rəisi təyin edilmişdir.

1991-ci ilin dekabrında qüsursuz xidmətinə görə polkovnik rütbəsinə layiq görülmüş, SSRİ-nin bir sıra orden və medalları ilə təltif olunmuşdur.

1992-ci ilin fevralında Azərbaycanın Silahlı Qüvvələrində xidmətə başlayan T.Şahbazov Müdafiə Nazirliyinin Silahlar üzrə Texnika İdarəsinin qərargah rəisi, həmin ilin iyul ayından isə idarə rəisinin müavini təyin olunmuşdur.

O, 1994-cü ilin yanvarında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ye
ni yaradılmış motoatıcı briqadada silahlar üzrə müavin, həmin ilin avqust ayında isə müdafiə nazirinin əmri ilə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Yerüstü Artilleriya kafedrasında yeni yaranan Raket və Artilleriya Silahları silsiləsinə rəis vəzifəsinə təyin edilmişdir.

Tofiq Şahbazov 1995-ci ilin yanvarında Müdafiə Nazirliyi Silahlandırma İdarəsinin Raket və Artilleriya Silahları şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, 2001-ci ilədək burada xidmət etmişdir.

Qarabağ müharibəsi veteranı olan T.Şahbazovun Azərbaycan ordusunda Raket və Artilleriya Silahları xidmətinin yaradılmasında və təkmilləşdirilməsində böyük xidmətləri olmuşdur.

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina