Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

RASİM ŞAHBAZOV

Rasim Bilal oğlu Şahbazov 1964-cü il fevarlın 15-də Bolnisi rayonunun Dəmirli kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1981-ci ildə Darvaz orta məktəbini bitirmiş bir il sürücülük məktəbində oxuduqdan sonra 1982-ci ilin payızında ordu sıralarına çağırılmış, Pribaltika hərbi dairəsində hərbi xidmətdə olmuşdur.

 

R.Şahbazov 1983-cü ildə Tbilisi Ali Artilleriya Komandirlər Məktəbinə daxil olmuş, 1987-ci ildə oranı bitirərək xidmətini davam etdirmək üçün SSRİ-nin Almaniyadakı hərbi qrupuna göndərilmişdir. O, 1987-1989-cu illərdə hərbi hissədə qaubitsa artilleriya batareyasının idarəetmə tağımının komandiri, 1989-1991-ci illərdə hərbi hissədə tank əleyhinə tağımın komandiri olmuşdur. Sovet qoşunlarının Almaniyadan çıxarılması ilə əlaqədar olaraq 1991-ci ilin oktyabr ayında Qafqaz hərbi dairəsinə göndərilmiş və 1992-ci ilin aprelinədək Bakıdakı hərbi hissədə BM-21 reaktiv artilleriya batareyasının komandiri olmuşdur.

1992-ci ildən Azərbaycan Ordusunda xidmətini davam etdirən R.Şahbazov hərbi hissədə artilleriya kəşfiyyatının rəisi kimi Kəlbəcərdə erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmişdir. Sonra isə hərbi hissədə divizion komandiri vəzifəsində Goranboy rayonunda gedən döyüşlərin iştirakçısı olmuşdur. 1993-cü ilin mart ayında isə hərbi hissədə əməliyyat bölmə rəisi vəzifəsinə təyin olımmuş və Tərtər, Ağcabədi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.

O, 1995-ci ilin martında Bakı Ali Birləşmiş Komandirlər məktəbində Yerüstü Artilleriya kafedrasına müəllim, 2000-ci ilin avqust ayında isə Ehtiyat Zabit Hazırlığı Kursuna baş müəllim vəzifəsinə təyin olunmuşdur. 2001-ci ilin mart ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Artilleriya silsiləsinə baş müəllim vəzifəsinə təyin olunmuşdur. Hazırda da Təlim və Tədris Mərkəzinin Artilleriya ixtisas qrupunda baş müəllim kimi xidmətini davam etdirir. Polkovnik-leytenantdır.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina