Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

O, ELDƏN GETDİ

Bilmirəm nədəndir, yaxşı insanlar haqqında çox vaxt sağlığında danışmırıq. Bu, qısqanclıqdan doğur, ya nədən, deyə bilmərəm. Amma bir onu bilirəm ki, həyat biz düşündüyümüz, gözlədiyimiz qədər uzun olmur. Vaxtsız itkinin, ağrı-acının birindən hələ özünə gəlməmiş digər bəd xəbər üstünü alır. Nə etmək, olar, görünür bu da tale yazısı, Tanrının verdiyi qismətdir.

Bu il iyulun 1-də Sürəyya Novruz qızının ölüm xəbəri də məni qəfil yaxaladı. Əvvəlcə inanmadım, inanmaq istəmədim. Axı cəmisi bircə gün öncə üzərində aparılan cərrahi əməliyyat uğurla keçmişdi. ...Atalar yaxşı deyib: adam var evdən gedər, adam var, eldən.

Sürəyya xanım da sözün əsl mənasında eldən getdi. Onun ölüm xəbəri qohumu da sarsıtdı, yadı da. Çünki o, təkcə bir evin xanımı deyildi. İstər uzun müddət müəllim kimi dərs dediyi Darvaz orta məktəbində çalışarkən, istərsə də sonralar hər zaman sadəliyi və bu sadəlikdən doğan böyüklüyü, səmimiyyəti, qayğıkeşliyi və həssaslığı ilə minlərlə insanın rəğbətini qazanmışdı. Bu gün elə bir adam tapmaq çətindir ki, onun dilindən incimiş, əməlindin ziyan görmüş olsun. Çünki o, elə bir ailədə tərbiyə alıb böyümüş, ailə həyatı quraraq taleyini elə bir ailə ilə bağ-lamışdı ki, başqa cür ola da bilməzdi. O, mənə orta məktəbdə dərs deyib. Sonralar tale elə gətirib ki, bir neçə il onunla birlikdə işləmişəm. Tarix fənnini tədris edirdi. İxtisasını dərindən bilməsinə, pedaqoji ustalığına söz ola bilməzdi. Bolnisi ra-yonunun pedaqoji ictimaiyyəti arasında böyük nüfuz sahibi idi. Rayonda baş müəllim dərəcəsinə ilkin layiq görülənlər sırasındaydı. O, təkcə tarix öyrətməklə kifayətlənmir, şagirdləri əsl həyata hazırlayır, düzlüyə, safltğa, vətənpərvərliyə səsləyirdi. Onun dedikləri ilə şəxsi nümunəsi vəhdət təşkil edirdi. Yetirmələrinə ana, iş yoldaşlarına bir bacı kimi can yandırırdı. Onun üçün başqasının dərdi, faciəsi yox idi, hər kəsin dərdinə şərik olur, sevincini bölüşürdü. Dərs dediyi şagirdlərin sonrakı taleyi ilə müntəzəm maraqlanar, onların hər uğuruna sevinərdi. Tam mübaliğəsiz deyə bilərəm ki, Darvaz orta məktəbində oxuduğum və sonralar həmin kollektivdə işlədiyim müddətdə bir şeyin şahidi oldum: Sürəyya xanım istər şagirdlər, istərsə də müəllimlər və bütün kənd əhli tərəfindən ən çox sevilən, hörmət edilən müəllim idi! Bəlkə onun ölümündən ən çox təsirlənən də elə bir vaxtlar dərs dediyi şagirdləri oldu. Çünki heç kəsin ağlına belə gəlməzdi ki, təkcə tarix yox, həm də insanlıq dərsi aldıqları bir şəxsiyyət belə tezliklə – ömrünün 54-cü baharında tarixə qovuşacaq. Yaxınımızı, əzizimizi itirəndə təsəlli verənlər ilk növbədə “olacağa çarə yoxdur” deyirlər. Amma niyə belə çarəsiz olacaqların mütləq yaxşıları tapdığı sirrini kimsə aça bilmir. Elə cəmiyyət, yaxın ətrafı da çox zaman yaxşıları qoruya bilmir. Necə ki, səni qoruya bilmədik, Sürəyya bacı! Sən cənnət quşu kimi haqq dərgahına qovuşdun. Bir ana gözü yaşlı qaldı, qardaşlarının qəddini əydin, bacılarını göynətdin, övlad-ların ana nəvazişinə, nəvələrin nənə sığalına həsrət qaldı. Ömür-gün yoldaşını – elin xeyir-şərinin yaraşığı olan dağ vüqarlı bir kişini vaxtsız sındırdın. Və mən bir daha inandım ki, doğrudan da ölüm qaşla-göz arasında imiş. Dünyada heç ana övlad dağı, heç ata bala itkisi görməsin. Kaş sənin ananın və mənim də il-lərdən bəri doğma anam kimi sevib əzizlədiyim və dünyanın ən müdrik ağbirçəyi, analar anası sandığım Güllü anamızın o gününü görməyəydim. Onsuz da yetərincə ağrı-acı görmüş, taleyin sərt sınaqlarından çıxmışdı. Ona iki alim oğul itkisi az idimi, ilahi! Bu gün Sürəyya Novruz qızı Nəbiyeva aramızda yoxdur deməyə adamın dili gəlmir. Ancaq nə yazıqlar ki, bu acı həqiqətlə barışmalı oluruq. Məni ağrıdan isə odur ki, çoxdandır haqqında yazı yazmaq istəyirdim, ancaq sağlığında qismət olmadı. Görünür qismət beləymiş, bir də ki, haqqında ən yaxşı sözləri xeyirxah əməlləri ilə minlərlə insanın qəlbinə əbədi həkk etmiş adamın barəsində söz deməkdə çox zaman qələm də acizdir. Çünki, belə şəxsiyyətlər hər cür sözdən ucada dayanırlar. Etiraf edim ki, bu yazını necə başlayıb, necə qurtardım, heç özüm də bilmədim. Amma zaman gələcək, sənin yoxluğundan keçən vaxt artdıqca, xatirələr daha da şirinləşəcək. Və hələ sənin haqqında çox yazıla-caq. Hələliksə, əlimizdən, gələn Allahdan sənə rəhmət, yaxınlarına səbr diləməkdir. Allah rəhmət eləsin. Amin!


“Ulu körpü” qəzeti, 20 iyul 2004

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina