Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda qadağaların ləğv olunması ilə bağlı bütün siyahı - CƏDVƏL

Koronavirusla əlaqədar ölkədə tətbiq edilən qadağalar bir neçə mərhələdə götürüləcək.

Bu barədə baş nazir, Giorgi Qaxariya bildirib.

Baş nazir bildirib ki, hər bir mərhələ təxmini olaraq iki həftə çəkəcək və hər şey epidemioloji vəziyyətə bağlıdır. O, əlavə edib ki, götürüləcək məhdudiyyətlərin ehtiyac duyularsa sonradan geri qaytarılması istisna edilmir.

Sizə aşağıda dörd əsas mərhələdə götürüləcək qadağaları və tarixləri təqdim edirik:

İlk mərhələ 27 aprel Bazar ertəsi günündən etibarən başlayır və bu qadağalar götürülür:

Maşınla hərəkət etmək;
Taksilərin fəaliyyəti;
Tamamilə onlayn alış-veriş (pərakəndə, topdansatış)
Çatdırılma xidməti (qanunla icazəli istənilən məhsul üçün)
Açıq tipli aqrar bazarların fəaliyyəti.

İki həftə sonra, 11 Mayda aşağıdakı iqtisadi fəaliyyətlərə icazə veriləcək:

Tikinti;
Tikinti işlərinə nəzarət;
Tikinti materialları istehsalı;
Avtoyuma, avtomobil xidmətləri (Bütün);
Kompüter, şəxsi və məişət əşyaları təmiri;
İstirahət zonalarının fəaliyyəti.

Növbəti İki həftə sonra, mayın 25-də icazə veriləcək:

Küçədən müstəqil girişi olan pərakəndə və topdansatış mağazaları;
Bütün növ açıq bazarlar;
İstehsalın bütün növləri;
Nəşriyyat fəaliyyəti.

Dördüncü mərhələ iyunun 8-də başlayacaq. Bu mərhələdə icazə veriləcək:

Alış-veriş mərkəzləri (mollar)
Açıq tipli restoranlar / iaşə obyektləri;
Bütün maliyyə xidmətləri;
Gözəllik salonları və estetik tibb mərkəzləri.

Beşinci mərhələdə iyunun 22-dən sonra

qapalı formalı bazarlar, yerində xidmət göstərən bütün növ restoranlar / iaşə obyektləri işə başlayacaq.

Altıncı mərhələdə İyulun 6-dan sonra

əyləncə, idman-sağlamlıq, incəsənət mərkəzləri açılacaq. Bunlarla yanaşı azart oyunları və digər uduşlu oyun biznesi, otellər, tədris mərkəzləri, digər başqa fəaliyyətlər də açılacaqlar.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina