Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

HÖRMƏTLİ DARVAZLILAR!

Hörmətli darvazlılar, əziz eloğlular! Darvazla bağlı uzun illərdir üzərində işlədiyim kitabı yekunlaşdırmaq üzrəyəm. Allah qoysa, bu ilin sonunda nəşr etdirməyi düşünürəm. Kənddə məktəbin, XX ərin 30-cu illərindəki kollektivləşmənin və s. tarixinə dair məlumatların, adət-ənənələrimizə, mətbəximizə  dair oçerklərin, dialektoliji lüğətin, folklor örnəklərinin və s. yer alacağı kitabda bir bölüm də kəndimizdəki ayrı-ayrı nəsillərin şəcərəsinə həsr etmək istəyirəm. Artıq Zurnaçılar, Orduxan öyü, Mehdi öyü, Hacı öyü, Paşanın öyü, Martalar, Gülməmməd öyü, Salmannı, Hasan öyü, Ocaq öyü və Eyiflər nəsilləri haqda məlumatları bu nəsillərin məlumatlı nümayəndələrindən əldə etmişik. Amma təəssüflə qeyd etmək istəyirəm ki, dəfələrlə xeyir-şər məclislərində ümumi şəkildə və ayrılıqda  hər bir nəslin nümayəndəsinə müraciət etsəm də, bu günədək aşağıdakı nəsillərin şəcərələri haqda mənə bilgi verən olmayıb. Dəfələrlə “HƏ” desələr də, sonradan unudublar:

 

XIDIRLAR

ALI ÖYÜ

HƏLMƏLİLƏR

PALAZDAR

CÜRTDƏNNƏR

CIĞLAR

MƏSİLLƏR

KOXALLAR

OSMAN ÖYÜ

QARAMUSALAR

İSƏLƏR

ÇAPARLAR

LOŞKALAR

ƏZİZLƏR

XƏLFƏLƏR

ƏLLƏZ ÖYÜ

PƏNƏHLİ

LESƏLƏR

PUŞOYULLAR

LƏZGİ ÖYÜ və s. (Təbii ki, bu siyahı tam deyil, başqa nəsillər də var)

 

Bir daha əziz eloğlularımıza müraciət edirəm, öz nəslinizin şəcərəsini yazıb bizə təqdim edin ki, həm kitabda, həm də darvaz.com-da yer alsın. Kitab işıq üzü görəndən sonra deməyin ki, bizim nəsil haqda kitabda niyə məlumat yoxdur. Eləcə də, Darvazın tarixi ilə bağlı bildiyiniz maraqlı faktları, kəndin tarixi və tanınmış şəxsiyyətləri ilə bağlı kitaba düşməsini vacib saydığınız bilgiləri çatdrımağınızı da xahiş edirəm!

 

Hörmətlə:  MUSA NƏBİOĞLU

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina