Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Darvaz kəndində əhalinin təkrar termoskrininqi keçirilib

Bolnisi rayonunun Darvaz kəndində koronovirusun yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində əhalinin təkrar termoskrininqi keçirilib. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Darvaz kənd sakini və əhalinin termoskrininq olunmasında könüllü çalışan Şükür Əliyev verdi. Onun sözlərinə görə, ilk dəfə kənd həkimləri tərəfindən keçirilən termoskrininq, ikinci dəfə Bolnisi bələdiyyəsinin işçiləri və könüllü qruplar tərəfindən həyata keçirilib. Termoskrininq zamanı hərəsində iki nəfər olmaqla 8 qrup çalışıb.

"Darvaz kəndində hal-hazırda təxminən 800 nəfər yaşayır. Onlardan kənddə olmayanlar da var. Təxminən 755 nəfərə yaxını sakin termoskrininqdən keçdi. Heç birində neqativ hal qeydə alınmadı. Eləcə də Darvaz və ətraf kəndlərdə də əhalinin termoskrininqi keçirilib. Yoxlama zamanı o kəndlərdə də heç bir virus simptomu qeydə alınmayıb", – Şükür Əliyev dedi.

Şükür Əliyev onu da bildirdi ki, Darvaz kəndində termoskrininq keçirən bir qrup işçi daha sonra Dəllər kəndinə də gediblər. Dəllər kəndində isə 45 ailədən analiz götürülüb. Əliyev dedi ki, bir neçə gün öncə Dəllər kəndində bir nəfərdə koronavirus aşkarlanmışdı, amma onun ailə üzvlərində virus qeydə alınmayıb.

Yerli hakimiyyət tərəfindən Darvaz kəndində yaşayan aztəminatlı ailələrə ərzaq yardım da göstərilib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina