Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azər Süleymanov: Sanki COVID-19 dünyaya Çindən yox, Marneulidən yayılıb

Gürcüstan Milli Hərəkat Partiyasının üzvü və Parlamentin azərbaycanlı deputatı Azər Süleymanov deyib ki, Gürcüstan koronavirusdan qurtulsa da, hələ uzun müddət iqtisadi böhrandan çıxa bilməyəcək.

 

 "Gürcüstan koronavirusdan qurtulsa da, hələ uzun müddət iqtisadi böhrandan çıxa bilməyəcək".

 

Bu sözləri Gürcüstan Milli Hərəkat Partiyasının üzvü və Parlamentin azərbaycanlı deputatı Azər Süleymanov Sputnik Azərbaycan-a ölkəsinin koronavirusla mübarizəsini və postpandemiya dövrünün perspektivlərini şərh edərkən deyib.

Süleymanovun fikrincə, pandemiya nə din, nə dil, nə də irqi seçir.

"Biz hamımız Gürcüstan vətəndaşıyıq. Artıq xəstəxanalarda koronavirus xəstəsi olan azərbaycanlı yoxdur. Cəmi 13 nəfər dünyasını dəyişib. Koronavirusa yoluxan azərbaycanlılardan isə iki nəfəri vəfat edib, qalanları sağalaraq normal həyata dönüblər", - deyə o bildirib.

Millət vəkili onu da vurğulayıb ki, azərbaycanlıların koronavirusa yoluxması Gürcüstan hökuməti tərəfindən birmənalı qarşılanmayıb:

"Gürcüstan hökuməti elə davrandı ki, sanki bu virus dünyaya Çindən yox, Gürcüstanın Marneuli rayonunun azərbaycanlılarından keçib. Bizi blokadaya, karantinə aldılar. Bizi söyürdülər, köçürmək istəyirdilər. Haqqımızda nalayiq ifadələr işlədirdilər. Biz tələb etdik ki, cinayət işi başlasın. Amma bütün cəhdlər nəticəsiz qaldı".

A.Süleymanov vurğulayıb ki, Gürcüstanın koronavirusla mübarizədə bacarıqlı olmasına səbəb insanların özünün mübarizə aparmasıdır.

 

 

"Azərbaycandakı vəziyyəti izləyirdim. Polislərə daş atmaq, zibil atmaq, qovmaq halları qeydə alındı. Gürcüstanda insanlar daha çox qayda-qanunlara əməl edirlər. Hər kəs koronavirusun necə qorxulu xəstəlik olduğunu anlayır. Bu elə xəstəlikdir ki, onun nə qədər təhlükəli olduğunu öz canında hiss edəndə anlayırsan. Koronavirusa yoluxmuş insanlarla söhbətlərimiz oldu. Bu elə qorxunc xəstəlikdir ki, bir balaca immun sistemi zəif insan bundan sağalmaya bilər. Gürcüstan əhalisi bir nəfər kimi qaydalara əməl etdi".

A.Süleymanov koronavirusla mübarizədə Gürcüstan həkimlərinin də böyük rolunun olduğunu vurğulayıb. O bildirib ki, həkimlər canları bahasına xəstəliklə mübarizə aparıblar. Hətta aralarında virusa yoluxanlar da olub.

Millət vəkilinin sözlərinə görə, Gürcüstan koronavirusdan qurtulsa da, hələ uzun müddət iqtisadi böhrandan çıxa bilməyəcək.

"Ölkənin yeganə gəlir mənbəyi turizm sahəsi idi. Vətəndaşların gəliri sıfır səviyyəsindədir. Əhalinin 80 faizinin banklara kredit borcları var. Bu gün, təəssüf ki, dövlətin böhrana qarşı mübarizə planı yoxdur. Böhrandan necə çıxacaqları bəlli deyil. Əhaliyə də heç nə təklif edə bilmirlər. Gürcüstanda vəziyyət gündən-günə ağırlaşır", - deyən A.Süleymanov bildirib ki, Gürcüstanda siyasi durum da ürəkaçan deyil.

"Qarşıdan parlament seçkisi gəlir. Bu gün Gürcüstan az qala kriminal bir dövlətə çevrilib və ən əsası insanlar gələcəyə ümidlərini itiriblər. Yəqin ki, belə davam etsə, payızda "Gürcü arzusu" partiyası və bugünkü rəhbərliyə son qoyulacaq. Ola bilsin, Gürcüstanda hər şeyi yenidən quraq", - deyə Süleymanov əlavə edib.

  

İradə Cəlilova, Sputnik Azərbaycan

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina