Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda vətəndaşlara yazılan 3000 lari cərimələr müzakirəyə çıxarıldı - Silinə bilər?

Fövqəladə hal zamanı vətəndaşlara yazılan 3 000 lari cərimə silinə bilər.

24News.ge xəbər verir ki, bu gün Gürcüstanın Konstitusiya Məhkəməsi sözügedən cərimələrlər bağlı şikayət ərizələrini müzakirə edir.

Fəvqəladə hal zamanı yazılan cərimələrin silinməsi tələbi ilə iki vətəndaş Konstitusiya Məhkəməsinə prezident və hökumətə qarşı şikayət ərizəsi daxil edib. Konstitusiya məhkəməsi hal hazırda daxil olan şikayətlərə baxır.

Şikayət ərizəsi daxil edən vətəndaşlardan birinin advokatı, Levan Alaşvili həmin ərizəyə Konstitusiya məhkəməsi tərəfindən bu gün baxıldığını, məhkəmənin əgər vətəndaşın ərizəsinə müsbət qərar verərsə, onda yazılan bütün cərimələr konstitusiyaya zidd olaraq hesab olunacağı və silinəcəyini, həmçinin indiyədək ödənildiyi halda isə həmin pulların geri qaytarılacağını bildirir.

“Vətəndaşın Prezidentin fərmanına qarşı Konstitusiya Məhkəməsində müraciət etməsi, misli görünməmiş bir məsələdir. Məhkəmə işin əsaslı müzakirəsinin iclasına bu gün başladı. Əgər məhkəmə vətəndaşın şikayət ərizəsini təmin edərsə və prezidentin bu fərmanını konstitusiyaya zidd olaraq hesab edərsə, onda vətəndaşlara fövqəladə hal zamanı yazılan 3 000 larilik cərimə silinəcək, həmçinin indiyədək ödənilən pullar isə geri qaytarılacaq”, - deyə Alaşvili bildirib.

Qeyd edək ki, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) də fövqəladə hal zamanı vətəndaşlara tətbiq olunan 3 000 lari cərimə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib, lakin idarənin sədri Mirtəqi Əsədov, bu günkü iclasla bağlı onlara xəbərdərlığın olunmadığını deyir.

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina