Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanlı politoloq İlham Əliyevin Gürcüstandakı bəzi etnik ermənilərlə bağlı açıqlamasını şərh etdi - ŞOK DETALLAR AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakdan sonra yerli televiziyalara açıqlaması geniş rezonans doğurub. Azərbaycan Prezidenti yerli telekanallara müsahibəsində Gürcüstanla bağlı və Gürcüstandakı bəzi etnik ermənilərlə bağlıda məqamlara toxunub.

 

Aktual.ge xəbər portalı Azərbaycan Dövlət Başçısı İlham Əliyevin Gürcüstanla və ölkədə bəzi etnik ermənilərlə bağlı səsləndirdiyi fikirlərlə bağlı politoloq, professor Simon Kopadze ilə müsahibə edib.

 

'Azərbaycan Prezidenti İlham Əliyev 19 sentyabr tarixində yerli telekanallara müsahibəsində Gürcüstanda gürcü soyadarı altında gizlənən etnik ermənilərin olduğunu və bu şəxslərin Gürcüstan-Azərbaycan münasibətlərini korlamağa çalışdığını bildirib. Siz bu fikirlə razılaşırsınızmı, Gürcüstanda belə şəxslər həqiqətən də varmı?

 

S.Kopadze deyib:

 

"Bəli doğrudur. Gürcüstanda bu cür insanlar çoxdur. Onlar sadəcə Gürcüstan-Azərbaycan münasibətləri istiqamətində deyil digər istiqamətlərdə də münasibətləri korlamağa çalışırlar. Bundan daha ağır açıqlamalar verə bilərəm. Bu şəxslər birbaşa Ermənistan və Rusiya tərəfindən maliyyələşdirilirlər. Çoxları Azərbaycanın Gürcüstandakı səfirliyinin işlərinə qarışmağa çalışırlar. Təəssüf ki, keçmiş Azərbaycan səfiri də bunu bilirdi və mövzu ilə əlaqədar çox neytral bir mövqeyə sahib idi. Gürcüstandakı fəaliyyəti boyunca bu mövzu ilə əlaqədar elə də səmərəli işlərə imza atmadı. Ümidvaram ki, yeni gələn səfir Gürcüstan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması fonunda daha çox işlər görəcək. 8 milyon dollar maliyyələşdirmə alan siyasi “Vətənərvərlər İttifaqı” partiyası sözdə “Türkiyədə olan erməni soyqırımını genişləndirməliyik” açıqlaması ilə seçki kampaniyası yürüdürlər. Bu Rusiya yönümlü Ermənistan tərəfindən maliyyələşdirilmiş bir partiyadır. Ermənistan bu maliyyələşdirməni birbaşa həyata keçirə biməz, bunu dolayı yollarla həyata keçir. Bunlar “Vətənpərvərlər İttifaqı” açıq aşkar anti-Azərbaycan siyasəti yürüdür. Azərbaycan tərəfi isə bununla bağlı heç bir tədbir görmür".

 

'İlham Əliyev müsahibəsində deyib, ermənilər gürcü kilsələrinə qarşı əsassız iddia edirlər, ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər, orada Gürcüstanın dövlət rəmzlərinə lazımı hörmət göstərmirlər. Sizcə haqlıdırmı?

 

"Tamamən doğru dəyərləndirmədir. Gürcüstanda yaşayan etnik ermənilər və ölkə arasında çox kövrək bir münasibət mövcuddur. Əminliklə deyə bilərəm ki, Gürcüstanlanla Rusiya arasındakı münasibətlər başqa bir mərhələyə keçdiyi anda ermənilər bizi arxamızdan bıçaqlayaraq rusların tərəfinə keçəcəklər. Hazırda əhlisinin 82%-ni ermənilərin təşkil etdiyi Ninotsminda rayonundakı vəziyyət bunu göstərir. Artıq orada “Javaxi” adlı bir təşkilat belə qurulub. Bu təşkilatla onlar “Rus partlayışı”na hazırlaşırlar. Hələki bunu sadəcə biruzə verə bilmirlər, bizim sərhədi bağlamağımızdan və onları mühazirəyə almağımızdan qorxurlar. Onlar fürsət axtarırlar, Gürcüstanla Rusiya arasında münasibətlər gərginləşdiyi an onlar da hərəkətə keçəcəklər. Belə ki, cənab prezident vəziyyəti tamamən düzgün dəyərləndirib, Gürcüstanda yaşayan etnik ermənilər Gürcüstana qarşı səmimi münasibət göstərmirlər. Gürcüstandakı kilsələri erməniləşdirməyə çalışmaqları tamamən axmaqlıqdır. Onların tələbləri reallıqdan kənardır, buna rəğmən yenə öz ağıllarınca səbəblər gətirməyə çalışırlar. Hazırda erməni kilisəsi adlandırdıqları 14 kilsə də gürcü əsillidir. Bu haqda çox şey danışmaq olar, qısacası ermənilər utanmaz millətdirlər.

 

'Gürcüstan üzərindən Ermənistana silah daşınıb iddialarına ötən gün İlham Əliyev toxunaraq, aydınlıq gətirdi. Bəs sizcə bundan əvvəl belə bir iddiaları, şaiyələri kim çıxarmış ola bilərdi?

 

"Gürcüstan belə bir şey edə bilməz çünki bu ölkə maraqlarına daxil deyil. Rusiya çox istədi ki, belə bir şey həyata keçirsin, lakin ABŞ partniyorları buna icazə vermədilər və verməyəcəklər də. Buna görə də Rusiya avadanlığının Gürcüstan üzərindən Ermənistana hərəkətə keçmə ehtimal yoxdur. O zamanlar ölkədə Gürcüstan silahlı qüvvələrindən başqa ABŞ və Britaniya silahlı qüvvələrinin də kontrolu mövcud idi. Həm Gürcüstan həm də Azərbaycan regiyonda ortaq bir düşmənə sahibdir. Bu düşmən isə Rusiya Federasiyasıdır. Ermənistan burada sədəcə bir fiqur olaraq istifadə olunur. Ermənistan müstəqil deyil, o sonuna qədər Rusiyadan asılı olan bir ölkədir. Ermənistan sadəcə olaraq Gürcüstanla olan münasibətləri korlamaqdan qorxur, çünki əgər belə bir şey olsa ölkədə aclıq və səfalət yaşanacağını bilirlər. Biz Ermənistanla olan quru və hava sərhədlərini bağlasaq tamamən çətin vəziyyətə düşəcəklərini bilirlər. Gürcüstanla münasibətlərin korlanması halında Qafqaz müharibəsinin yaranma ehtimalı böyükdür. Hər hansı bir qarşıdurma zamanı Azərbaycan və Türkiyə də Gürcüstana tərəf çıxacaqdır. Son olaraq bunu qeyd etmək istəyirəm ki, Azərbaycan və Gürcüstan Qafqazda sülhün tərəfdarıdır".

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina