Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Diqqət! Azərbaycana getmək istəyən vətəndaşlara səfirlik xəbərdarlıq etdi

Azərbaycana getmək istəyən vətəndaşlara müxtəlif vədlər verərək vətəndaşların aldadılması faktları yayılıb.
Bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi vətəndaşlara müraciət ünvanlayıb.
 
 
Səfirliyin müraciətini olduğu kimi sizə təqdim edirik:
"Hörmətli vətəndaşlar və soydaşlar, Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən sərhədlər müvəqqəti olaraq bağlanmışdır. Cari ilin mart ayının 14-dən sentyabr ayının 21-dək Gürcüstandan Azərbaycan Respublikasına 3455 nəfər təxliyə olunmuşdur. Təxliyə olunan 3455 nəfərdən 1534-ü Azərbaycan Respublikasının, 1861-i Gürcüstan və 60-ı isə davamlı əsasda Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nigahda olan digər ölkələrin vətəndaşlarıdırlar. 2020-ci ilin 21 sentyabr tarixindən etibarən həm Azərbaycanda, həmdəki Gürcüstanda koronavirusa yoluxma sayında gözlənilməz artım olmuşdur. Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Gürcüstanda qalan vətəndaşlarımızın və onların ailə üzvlərinin (Gürcüstan və ya digər ölkənin vətəndaşı daxil olmaqla) Azərbaycan Respublikasına təxliyəsi dayandırılmışdır. Lakin, Səfirliyə daxil olan ərizələr baxılmaqdadır.
 
Səfirlik vətəndaşlara və soydaşlara xəbərdarlıq edir!!!
 
Son vaxtlar Səfirliyə daxil olan məlumatlarda Marneulidə və digər bölgələrdə yaşayan soydaşlarımızdan (Gürcüstan vətəndaşlarından) müxtəlif məbləğlərdə vəsait alınması və bu maliyyə vəsaiti əsasında Səfirlik vasitəsi ilə onların Azərbaycan Respublikasına tezliklə getməsi vəd olunur. Azərbaycan Respublikasına getmək üçün və ya Səfirlikdə həyata keçirilən hər-hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa xahiş olunur Səfirliyə dərhal məlumat verəsiniz. Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirlik və əməkdaşlarının adına ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar", - deyə səfirliyin müraciətində bildirilir.
 
Səfirliyin əlaqə nömrələri:
+995-32-224-30-04 - (şəhər nömrəsi)
+995-577-00-00-38 - (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi).

 

www.24news.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina