Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Təbrik edirik!

Fevralın 15-i Darvazın şair oğlu Xıdır Orucoğlunun doğum günüdür. Bu gözəl insanı, səmimi və təmənnasız dostu, təvəzakökar eloğlunu doğum günü münasibəti ilə təbrik edir, ona mənusb olduğu Xıdırlar nəslinə xas olan uzun və sağlam ömür, bol ruzi və yardıcılıq uğurları arzulayırıq. Qələmin iti, sözün kəsərli olsun, Xıdır Orucoğlu!!!

 

Xıdır Orucoğlunun iki şeirini təqdim edirik:

 

 

DARVAZ

 

Dolandı qoynunda yenə xəyalım,

Gəzdiyim yerlərdən keçəm, a Darvaz.

Nə müddətdi həsrətinlə yanıram,

Nə gündüzüm var, nə gecəm, a Darvaz.

 

Hər körpən ayağı olub sayalı,

Övladların olub alim, ziyalı.

Qız-gəlinlərin də abır-həyalı,

Güllərdən mən necə seçəm, a Darvaz.

 

Dağların çiçəyə, gülə bürünə,

Zirvəsində duman-çənin sürünə,

Uzaqlardan dəyən, binən görünə,

Mən də öz yurduma köçəm, a Darvaz.

 

Yuxuma girir öz qurduğum dəyə,

Yağış damcıları dəyəni döyə.

Ömür keçirdim hey “öf, kəndim” deyə,

Ovuclayıb suyun içəm, a Darvaz.

 

Dəryaz qələm olub, çəmənin varaq,

Şeir yazdım zoğdan misra salaraq.

O gözəl hüsnündən ilham alaraq,

Yenə dağın, düzün biçəm, a Darvaz.

 

Sən mənim anamsan, mən sənin balan,

Sözüm həqiqətdir, yoxdur bir yalan.

Mən gəldi-gedərəm, sən isə qalan,

Sənsiz dünyada mən heçəm, a Darvaz.

 

 

YAXŞIDIR

 

Cənnətə dönərsə bütün kənd, şəhər,

Mənim üçün obam-elim yaxşıdır.

Candan əziz olub hər zaman sözü,

Şivəm, ləhcəm, gözəl dilim yaxşıdır.

 

Şirindi hər quşa doğma yuvası,

Əzizdi hər kəsə yurdu, obası.

Udmaqdansa qərib diyar havası,

Səfalı yurdumda çölüm yaxşıdır.

 

Uzaq gəzdim daim azğın, nankordan,

Namərdin qurduğu tələdən, tordan.

Xəyanətkar olan vəfasız yardan,

Xıdıram, deyirəm ölüm yaxşıdır.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina