Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrində işğaldan azad olunmuş torpaqların perspektivləri” mövzusunda ELMİ KONFRANS keçiriləcək.

27 May 2021-ci il tarixdə “Borçalı-İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə onlayn formatda

“Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrində işğaldan azad olunmuş torpaqların perspektivləri” mövzusunda

 BEYNƏLXALQ TƏLƏBƏ ELMİ-PRAKTİK KONFRANS

keçiriləcək.

Materialların elektron versiyasının son təqdim etmə tarixi:       24.05.2021-ci il.

Konfrans proqramının göndərilməsi:       25.05.2021-ci il

 

Konfransın əsas istiqamətləri:

 

I Bölmə: Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişaf istiqamətləri.

II Bölmə: İşğaldan azad olunmuş torpaqların iqtisadi potensialının qiymətləndirilməsi.

 

Konfransın işçi dilləri: Azərbaycan, Gürcü, Rus, İngilis.

Konfrans materiallarının tərtibat qaydaları:

      Materiallar 12 Times New Roman ölçüdə, 1 intervalla, A4 formatda (bütün tərəflərdən 2.5 sm sahə) 3-5 səhifəlik həcmində, xülasə üçün isə 100 sözə qədər həcmində, açar sözlər 5-6 termindən ibarət, cədvəllər Word və ya Excel proqramında cədvəlin üstündə nömrələnməklə, düsturlar 12 şrifti ilə ayrca obyekt şəklində ardıcıl nömrələnməklə, şəkillər, qrafiklər, diaqramlar bir obyekt kimi qeyd olunmaqla qruplaşdırılmış formada olmaqla adları altda nömrələnməklə, müəlliflərə istinadlar böyük mötərizədə birinci istifadə olunan ədəbiyyatın nömrəsi sonra isə onun səhifəsi məs [1. s.40], nəticələrdə elmi yenilik, praktiki əhəmiyyət və perspektivlər haqqında qeydlər  olmaqla elektron formatda qəbul olunur. Məqalələr antiplagiat proramı ilə yoxlanacaqdır.

Konfrans materialları elektron toplu və kitab halında dərc olunacaqdır.

Konfrans materiallarının strukturu:

  • Sağ tərəfdən bölmənin nömrəsi;
  • Sol tərəfdən UOT indeksi;
  • Ortadan böyük hərflərlə BOLD (qara) şriftlə məqalənin adı;
  • Ortadan BOLD (qara) şriftlə məqalənin müəlliflərinin elmi dərəcəsi, soyadları, adları və ata adları;
  • Növbəti sətirdən hər müəllifin iş yeri, vəzifəsi, e-mail ünvanı;
  • İşin xülasəsi (məqalə azərbaycan dilindədirsə xülasə ingilis dilində, rus dilindədirsə ingilis dilində, ingilis dilindədirsə azərbaycan dilində);
  • Növbəti sətirdən açar söz və söz birləşməsi (məqalənin öz dilində və ingilis dilində);
  • Əsas mətn; Xülasə; Ədəbiyyat siyahısı.

 

Konfransın təşkilat komitəsi ilə əlaqə:

Elşad Çobanlı – Konfransın elmi katibi, Odlar Yurdu Universiteti “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimi.    Telefon: +99451 898 88 28.    

Konfrans materiallarının təqdim olunması:

  Məqalələrin elektron versiyası  konfrans27Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  ünvanına təqdim olunmalıdır.

 

 

 

 

 

 

 

 

Nümunə

 

Bölmə______

 

UOT______

 

      MƏQALƏNİN ADI

     Müəllifin adı, atasının adı, soyadı (tam açıq şəkildə)

elmi dərəcəsi, elmi adı,

işlədiyi və ya təhsil aldığı müəssisənin adı

email

 

 

Abstrakt(Xülasə):..........................................................................................................................................................................................................................................................................................

Key words (Açar sözlər):...................................................................................................................

 

 

Əsas mətn ..........................................................................................................................................

...........................................................................................................................................................

 

Ədəbiyyat

1....................

2...................

3....................

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina